XİN başçısı: Vilnüs Bakı ilə dialoqu layihələrə və investisiyalara çevirməyə ümid edir | 1news.az | Xəbərlər
Siyasət

XİN başçısı: Vilnüs Bakı ilə dialoqu layihələrə və investisiyalara çevirməyə ümid edir

1news Redaksiyası12:31 - Bu gün
XİN başçısı: Vilnüs Bakı ilə dialoqu layihələrə və investisiyalara çevirməyə ümid edir

Litva Azərbaycanla dialoqu konkret layihələrə, investisiyalara və işgüzar əlaqələrin möhkəmləndirilməsinə çevirmək üçün real imkanlar görür.

1news.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşün yekunları üzrə "X" səhifəsində yazıb.

"Bu gün ikitərəfli iqtisadi əməkdaşlıq potensialını müzakirə etmək üçün Bakıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdüm. Geosiyasət biznesi, ticarət marşrutlarını, enerji axınlarını və investisiya qərarlarını dəyişir. Artıq bu gün hərəkətə keçənlər sabah ən böyük üstünlüklərə sahib olacaqlar. Azərbaycan iqtisadi təhlükəsizlik, nəqliyyat bağlantısı və enerji dayanıqlığı məsələlərində Avropanın strateji tərəfdaşıdır. Litva dialoqu konkret layihələrə, investisiyalara və işgüzar əlaqələrin möhkəmləndirilməsinə çevirmək üçün real imkanlar görür", - nazir qeyd edib.

 

 

 

Paylaş:
34

Son xəbərlər

Bütün xəbərlər