Ulu öndər Heydər Əliyevin xatirəsi Ankarada yad edilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Ulu öndər Heydər Əliyevin xatirəsi Ankarada yad edilib - FOTO

02:48 - 12 / 12 / 2015
Ulu öndər Heydər Əliyevin xatirəsi Ankarada yad edilib - FOTO

Azərbaycanın Türkiyədəki səfirliyi ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar Ankarada, Ulu Öndərin adını daşıyan parkda anım mərasimi təşkil edib.

Mərasimdə Türkiyə hökumətinin və parlamentinin üzvləri, Ankarada fəaliyyət göstərən beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, şəhərdə təhsil alan tələbələrimiz, Heydər Əliyev Məktəbinin şagirdləri, tanınmış elm və mədəniyyət xadimləri, diasporumuzun və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları Ulu Öndərin parkdakı abidəsi önünə əklil qoyub, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycanın və Türkiyənin dövlət himnləri oxunub.

Səfir Faiq Bağırov, Türkiyə Baş nazirinin müavini Toğrul Türkeş, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar, deputat Nurettin Aras, Ankaranın Yenimahalle rayonunun bələdiyyə sədri Fethi Yaşar və başqaları Ümummilli Liderin xilaskarlıq missiyasından, qardaş ölkələrimiz arasındakı münasibətlərin inkişafı üçün göstərdiyi tarixi xidmətlərdən, həyata keçirdiyi nəhəng iqtisadi layihələrin əhəmiyyətindən bəhs ediblər. Diqqətə çatdırılıb ki, siyasi fəaliyyətini qurub-yaratmağa həsr edən Heydər Əliyevin xatirəsi Azərbaycan xalqının qəlbində hər zaman yaşayacaq. Türk dünyasının birliyi naminə böyük işlər görən Ulu Öndər azərbaycançılıq ideologiyasına əbədi həyat verməklə dövlət müstəqilliyimizi xalqımıza əmanət edib.

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın tədbirə ünvanladığı müraciət oxunandan sonra iştirakçılar Ulu Öndərin mənalı həyatı və zəngin siyasi fəaliyyətini əks etdirən fotostendlə tanış olublar.

Mərasim “TRT AVAZ”, “TRT HABER” kanalları, Anadolu Agentliyi və digər KİV-lər tərəfindən işıqlandırılıb.

AZƏRTAC

Paylaş:
962

Son xəbərlər

Bütün xəbərlər