Alen Simonyan Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb - VİDEO
Digər dillərdə oxuyun:Русский

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan “Sülh körpüsü” Təşəbbüsü çərçivəsində keçirilən beşinci dəyirmi masanın iştirakçıları ilə görüşüb.
1news.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri Ermənistanın Təhlükəsizlik Şurasının katibinə maraq doğuran sualları vermək imkanı əldə ediblər.
Daha sonra fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, daha əvvəl Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət nümayəndə heyəti “Sülh körpüsü” Təşəbbüsü çərçivəsində noyabrın 26-27-nə planlaşdırılan növbəti ikitərəfli müzakirələr raundunda iştirak etmək üçün Ermənistana gəlib.
71











