Novruz Məmmədov: “Azərbaycan prezidentinin Çinə səfəri tarixi səfərdir” | 1news.az | Xəbərlər
Siyasət

Novruz Məmmədov: “Azərbaycan prezidentinin Çinə səfəri tarixi səfərdir”

18:29 - 12 / 12 / 2015
Novruz Məmmədov: “Azərbaycan prezidentinin Çinə səfəri tarixi səfərdir”

“Hiss olunurdu ki, Çin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verir, ölkəmizin beynəlxalq aləmdə oynadığı rolu, geosiyasi əhəmiyyətini bilir”

 “Azərbaycan prezidenti İlham Əliyevin Çinə səfəri məzmun, forma və statusuna görə tarixi səfər oldu”.

Bu sözləri Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiriNovruz Məmmədov deyib. O bildirib ki, dünyada, regionda gedən proseslər fonunda Azərbaycan prezidentinin Çinə dövlət səfəri çox mühüm bir hadisədir: “Dövlətlərin hər birində ildə 2-3 səfərə dövlət səfəri statusu verilir. Çin kimi dövlətin prezident İlham Əliyevin səfərinə belə bir status verməsi xüsusi münasibətin göstəricidir. Aparılan müzakirələr və 10 sənədin imzalanması da bunu göstərir. Çin Xalq Respublikasının sədri və prezident İlham Əliyev arasında birgə Bəyannaməni xüsusi qeyd etmək olar”.
  
N. Məmmədovun sözlərinə görə, görüşlərdə elə bir sahə olmayıb ki, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi barədə söhbət getməsin: “Hiss olunurdu ki, Çin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verir, Azərbaycanın beynəlxalq aləmdə oynadığı rolu, geosiyasi əhəmiyyətini bilir. Dünyadakı mövcud şəraitdə iki dövlət başçısının görüşməsi, əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyan hadisədir. Hər iki ölkə son 10 ildə sabit və uğurlu inkişafını təmin edib”.

APA

Paylaş:
707

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər