“Azərbaycan Dəmir Yolları” beynəlxalq sərnişindaşıma qiymətlərini qaldırıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azərbaycan Dəmir Yolları” beynəlxalq sərnişindaşıma qiymətlərini qaldırıb

12:35 - 23 / 12 / 2015
 “Azərbaycan Dəmir Yolları”  beynəlxalq sərnişindaşıma qiymətlərini  qaldırıb

Azərbaycanda beynəlxalq istiqamətdə hərəkət edən qatarlarda sərnişindaşıma tarifləri yüksəlib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən 1news.az-a verilən məlumata görə, beynəlxalq istiqamətdə hərəkət edən qatarlarda sərnişindaşıma tarifləri milli valyutanın isveçrə frankına nisbəti ilə hesablanır və Taris Şurası tərəfindən tənzimlənmir.

“Azərbaycan Dəmir Yolları”nın məlumat mərkəzində qiymətlərin artırılması təsdiq olunub.

Ehtiyat tipli vaqonlarla Bakı- Tbilisi qatarına biletin qiyməti- 28.5 azn, kupedə gediş haqqı-  41.7 azn, yatacaqlı vaqonlarda gediş haqqı- 71 azn olub. Uşaqlar üçün bilet böyüklərin biletinin 35%-ni təşkil edib.

23 dekabr tarixinə olan tariflərə görə Bakı-Moskva istiqamətin qatarlarda gediş haqqı- plaskart- 150.42 azn, kupe- 185.1 azn-dir.

 Bakı-Xarkov istiqamətin tariflər: plaskart- 177 azn, kupe- 245.25 azn olaraq müəyyənləşdirilib.

Daxili istiqamətdə sərnişindaşımada isə qiymətlər dəyişməyib.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları”nın rəsmi internet səhifəsində tarif dəyişikliyi hələ ki qeyd olunmayıb.

Paylaş:
1435

Son xəbərlər

Bütün xəbərlər