Dünya bazarında qızıl və gümüş bahalaşdı

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.
1news.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin dəyəri 1,33% artaraq 3 612 dollarına bərabər olub.
“COMEX”də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 3,71% artaraq 42,04 dollar təşkil edib.
62











