“Müharibə üzlərdə” jurnalının və www.facesofkarabakhwar.com saytının təqdimatı keçirilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

“Müharibə üzlərdə” jurnalının və www.facesofkarabakhwar.com saytının təqdimatı keçirilib – FOTO

10:29 - 28 / 12 / 2015
“Müharibə üzlərdə” jurnalının və www.facesofkarabakhwar.com saytının  təqdimatı keçirilib – FOTO

Azərbaycan Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi Mərkəzi tərəfindən hazırlanmış “Müharibə Üzlərdə” foto-albomun və www.facesofkarabakhwar.com saytının təqdimat mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İmcasının mərkəzi qərargahında Prezident yanında Qeyri Hökumət təşkilatlarına dəstək şurasının maliyyə dəstəyi ilə keçirilən mərasimdə “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüqar Səlimov, Milli Məclisin deputatları Elman Məmmədov, Flora Qasımova, işğal olunmuş rayonların sakinlərinin bir qismi iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan B.Səfərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə haqqında həqqiətlərin dünya ictimaiyyətinə çatdırılmasında bu cür jurnalların, saytların və digər resursların əhəmiyyət danışıb.

Sonra çıxış edən nəşrdəki şəkillərin müəllifi Tayana Çaladze müharibə dövründə çəkiliş apardığı çətin anlardan bəhs edərək vurğulayıb ki, çəkdiyi fotolar bu həqiqətlərdən yalnız bir qismini əks etdirir.

Daha sonra layihənin rəhbəri Ayaz Salmanov çıxış edərək www.facesofkarabakhwar.com saytı haqqında iştirakçılara ətraflı məlumat verib. O bildirib ki, özündə foto şəkilləri və “Müharibə üzlərdə” jurnalını əks etdirən bu sayt 3 dildə fəaliyyət göstərir:

“Saytın məqsədi virtual imkanlardan istifadə etməklə bu saytda müharibə iştirakçısı olmuş daha çox insanın şəklini toplamaq və gələcək nəsillərə ötürməkdir”.

V.Səlimov T.Çaladzenin fərqli yaradıcılıq xüsusiyyətlərinə diqqəti cəlb edib. Bildirib ki, o, qaynar cəbhə bölgəsindən, odun-alovun içərisindən maraqlı məqamları, döyüşçülərimizin şəkillərini fotokamerasının yaddaşına köçürür. Xarici mətbuatda Qarabağ müharibəsi ilə bağlı dərc olunan qərəzli yazılara tutarlı cavablar verir.

Azərbaycan Respublikası Milli Məclisinin üzləri Elman Məmmədov və Flora Qasımova da tədbridə çıxış edərək  jurnalın və saytın əhəmiyyətindən danışıblar.

1news.az

Paylaş:
1783

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər