Rasim Musabəyov 2015-ci ilin yekunu ilə bağlı münasibət bildirdi
Milli Məclisin deputatı Rasim Musabəyov ötən 2015-ci ilin Azərbaycan üçün nəticələri haqqında rəy bildirdi.
1news.az xəbər verir ki, Facebook sosial şəbəkəsində ekspert bildirib ki, bu ilin pozitiv faktları Bakıda ilk Avropa Oyunlarının keçirilməsi, Milli Məclis seçkiləri, aviabiletlərin və dərmanların qiymətlərinin azalması MTN-də və Rabitə Nazirliyində təmizləmə işləri, iqtisadiyyatda pozitiv dinamikanın qorunması və dövlətin büdcə üzrə müəyyən olunmuş sosial öhdəliklərinin yerinə yetirilməsidir.
“Neqtiv məqamlar sırasına isə fevral devalvasiyası və dekabrda manatın üzən məzənnə rejiminə keçməsi nəticəsində manatın məzənnəsində baş verən kəskin enmə, Azərbaycan Beynəlxalq Bankında aşkar olunan böyük pozuntu və oğurluq halları, Bakıda bina örtüyünün alışması nəticəsində baş verən yanğınlar, həmçinin, “Günəşli” platformasında yanğın və neftçilərin həlak olmasınə qeyd etmək olar”.
Qarabağ münaqişəsinin nizamlanmasına gəlincə, politoloqun fikrincə, bir sıra təşəbbüslər,əsasən, Avropa İttifaqındandakı təşəbbüslər taktiki uğur kimi qiymətləndirilə bilər.
“ABŞ Konqresinin separatçı Dağlıq Qarabağ rejiminə maliyyə dəstəyi ayırmağa etiraz etməsi də müsbət faktdır. Lakin 2015-ci ildə danışıqlar prosesini durğunluqdan çıxarmaq mümkün olmayıb, qoşunların təmas xəttində isə ümumilikdə vəziyyət pisləşib”.
Beləliklə, biz Qarabağ münaqişəəsinin həllində yenə mərhələyə keçə bilməsək də, Aərbaycanın ərazi bütövlüyü məsələsindəki prinsipial mövqeyimizdən də geri çəkilmədik”- deyə politoloq qeyd edib.