Milli Məclis həmvətənlərimizə müraciət ünvanlayıb | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclis həmvətənlərimizə müraciət ünvanlayıb

16:38 - 29 / 12 / 2015
Milli Məclis həmvətənlərimizə müraciət ünvanlayıb

Azərbaycan Milli Məclisi payız sessiyasının son plenar iclasında 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə həmvətənlərinə müraciət qəbul edib.

“Dünya azərbaycanlılarının öz səylərini birləşdirməsi ermənistan-azərbaycan münaqişəsinin həllinə, Azərbaycanın ərazi bütövlüyünün və suvenliyinin  bərpası prosesini daha da yaxınlaşdıracaq”,- Milli Məclisin vitse-spikeri Bahar Muradovanın oxuduğu müraciətdə deyilir.

Sənəddə qeyd olunur ki, ərazi bütövlüyünün bərpa olunması və qaçqın və məcburi köçkünlərin  çıxarıldığı torpaqlara qaytarılmasını təmin etmək Azərbaycan üçün ən mühüm məsələdir.

Bildirilir ki, yalnız bir bötöv və həmrəy olan xalqlar problemlərə qarşı gələ bilər. “Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlıların vətənidir. Yaşadığı ölkədən asılı olmayaraq azərbaycanlılar  ölkədə baş verən prosesləri yaxından izləyir, Respublikanın mövqeyi və beynəlxalq səviyyədə imicinin möhkəmləndiyini qeyd edirlər”-müraciətdə qeyd olunur.

“Rəhbərlik həmvətənlərlə əlaqələrin möhkəmlənməsinə yüksək əhəmiyyət verir, hansı ölkədə yaşadıqlarından asılı olmayaraq onların qayğısına qalır və dəstəkləyir”

Sənəddə diaspora təşkilatlarının fəaliyyəti də yüksək qiymətləndirilir.

Sənəd müəllifləri qeyd edib ki, Azərbaycan xalqı Azərbaycanın uğurlu inkişafını Prezident ilham Əliyevlə əlaqələndirir.

“Əziz həmvətənlər! Ümummilli məqsədlərimizin reallaşdırılması və milli maraqlarımızı qorumaq üçün sizləri həmrəyliyə çağırırıq”- müraciətdə qeyd olunub.

Çərşənbə axşamı Azərbaycan Milli Məclisinin payız sessiyası başa çatıb.

1news.az

 

Paylaş:
907

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər