Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibi dəyişdirilir | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibi dəyişdirilir

14:50 - 30 / 12 / 2015
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibi dəyişdirilir

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibi dəyişdirilir.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Azərbaycanın
AŞPA-dakı nümayəndə heyətinin hazırkı sədri Səməd Seyidov bildirib.

Hər parlament seçkilərindən sonra nümayəndə heyətinin tərkibinin yeniləndiyini deyən S.Seyidov bildirib ki, bu dəfə tərkibdə dəyişiklik olacaq və Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovtərəfindən bununla bağlı yanvarın 15-dən sonra AŞPA-ya məktub göndəriləcək:

“Bundan sonra nümayəndə heyətinin yeni tərkibinin kimlərdən ibarət olduğu açıqlanacaq. Hələlik onu deyə bilərəm ki, yeni tərkibində indiki ilə müqayisədə bir neçə dəyişiklik olacaq”.

1news.az

Paylaş:
850

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər