Putin: "Bu il Rusiya-Azərbaycan münasibətləri üçün zəngin və məhsuldar olub" | 1news.az | Xəbərlər
Siyasət

Putin: "Bu il Rusiya-Azərbaycan münasibətləri üçün zəngin və məhsuldar olub"

19:30 - 30 / 12 / 2015
Putin: "Bu il Rusiya-Azərbaycan münasibətləri üçün zəngin və məhsuldar olub"

Rusiya prezidenti Vladimir Putin qarşıdan gələn 2016-cı il münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

1news.az Rusiya prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təbrikdə V.Putin başa çatmaqda olan 2015-ci ilin Rusiya-Azərbaycan münasibətləri üçün zəngin və məhsuldar olduğunu bildirib.

Rusiya prezidenti Cənubi Qafqaz və Xəzər regionunda təhlükəsizlik və sabitliyin təmin edilməsi maraqlarına görə iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi üzrə birgə və sıx əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini deyib.

Paylaş:
876

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər