Vüqar Bayramov: “Mərkəzi Bankın yeni qaydası –manatın dollara qarşı məzənnəsinin daha da ucuzlaşacağının ismarışıdır” | 1news.az | Xəbərlər
Köşə

Vüqar Bayramov: “Mərkəzi Bankın yeni qaydası –manatın dollara qarşı məzənnəsinin daha da ucuzlaşacağının ismarışıdır”

17:29 - 07 / 01 / 2016
Vüqar Bayramov: “Mərkəzi Bankın yeni qaydası –manatın dollara qarşı məzənnəsinin daha da ucuzlaşacağının ismarışıdır”

Mərkəzi Bankın şəxsiyyət vəsiqəsi olmadan bir müştəriyə yalnız 500 dollar satılması ilə bağlı yeni qərarı banklar və valyuta mübadiləsi məntəqələrində ciddi problemlərə yol açacaq.

Bu haqda İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov şəxsi Facebook səhifəsində yazıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankıyanvarın 6-dan etibarən “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması” Qaydaları yeni redaksiyada qəbul edilib. Qaydaların tələblərinə görə mübadilə şöbəsində bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalıdır. Bu tələb əvvəllər yalnız 5000 ABŞ dollarında limitə aid idi.

Mözu ilə əlaqədar:

Azərbaycan banklarında 500 dollardan artıq mübadilə əməliyyatı müştərinin şəxsiyyət vəsiqəsi ilə aparılacaq

Vüqar Bayramovun sözlərinə görə, bu addımla Mərkəzi Bank dollara olan tələbi inzibatı yol ilə tənzimləməyə və öz valyuta ehtiyatlarına qənaətə etməyə çalışır:

“Lakin kifayət qədər kiçik məbləğin limit kimi seçilməsi valyuta satışında ciddi çətinliklər yaradacaq. Belə ki, şəxsiyyət vəsiqəsi ilə dolların satılması valyuta dəyişmə məntəqələri üçün əlavə zaman alacaq və bu onların işini çətinləşdırəcək. Nəticədə valyuta dəyişmə məntəqələrinin qarşısında uzun növbələrin yaranacağı gözlənilir”, - ekspert bildirib.

Ekspertin sözlərinə görə, bu qərarın icrasında ən böyük risk “qara bazarın” yaranması ilə bağlıdır:

“Şəxsiyyət vəsiqəsi və ya növbəyə dayanaraq dollar almaq istəməyənlər “qara bazar”da daha yüksək kursla valyuta almaq məcburiyyətində qala bilərlər. Çünki qeydiyyatsız valyuta almaq istəyənlər qeyri-leqal yollar axtaracaq”.

İSİM rəhbərinin sözlərinə görə, şəxsiyyət vəsiqəsi ilə dolların satılmasının 500 dollar deyil, daha yüksək məbləğdə olması daha məqsədəuyğun idi:

“Xarici valyutaya tələbin hər gün artdığını nəzərə aldıqda Mərkəzi Bankın 500 dollarlıq limiti seçməsi doğru qərar deyil. Xarici valyutaya tələb yüksək olduğu üçün ən azı 5000 dollardan artıq valyutanın alınmasına görə şəxsiyyət vəsiqəsinin tələb olunması daha məqsədəuyğun idi.

Bu addımdan sonra "qara bazarın" yaranmaması üçün Mərkəzi Bank valyutadəyişmə məntəqələrini və bankları xüsusi avadanlıqla təmin etməlidir ki, şəxsiyyət vəsiqəsi ilə dollar alışı vaxt aparmasın. Bir sıra inkişaf etmiş ölkələrdə şəxsiyyət vəsiqəsi ilə dollar satışı həyata keçirilir, amma şəxsiyyət vəsiqəsini xüsusi avadanlığa yaxınlaşdırmaqla onu qeydə alır. Bu da qısa zamanda elektron formada məlumatın hazırlanmasına səbəb olur. Prosesin elektronlaşmasına ehtiyac varki bu növbələrin və ajotajın yaranmasına səbəb olmasın.

Bu gün Mərkəzi Bank eyni zamanda kommersiya banklarına xarici valyuta məzənnələrini müstəqil şəkildə müəyyənləşdirmək hüququ verib. Bununla da, Mərkəzi Bank əslində tələb artdığı halda manatın ucuzlaşmasına start verdi. Düzdür Mərkəzi Bank bununla həmçinin “qara bazarın” qarşısını almağa çalışır. Amma reallıq bundan ibarətdir ki, bu artıq manatın dollara nisbətən daha da ucuzlaşması ismarışdır”.

1news.az

Paylaş:
1425

Sizin üçün xəbərlər

Son xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50
Bütün xəbərlər