Bakıda avtomobil dayanacaqlarında parketmə kartları və SMS-lə ödəniş mümkün olacaq
Bir il öncəyə qədər Bakının mərkəzi küçələrində hər yer avtomobil parklama məkanına çevrilmişdi.
Yollar 2 ya 3 sıra parklanmış maşınla dolu idi və bağlanmışdı. Yolun hərəkət hissəsində çox az hissə boş saxlanılırdı ki, bu da gediş- gəlişə mane olurdu.
Qanunsuz parklama, qadağa işarələri, böyük cərimələr və evakuator öz nəticəsini verdi. Yol kənarında saxlanılan maşınların sayı dəfələrlə azaldı.
Parklama uğrunda “mübarizə”
Mərkəzi küçələrdə yaşayanların “şəxsi” park yeri qalmadığına görə “Qaraj” filmində olduğu kimi bütün qonşu həyətlərdə “parklama yeri uğrunda mübarizə başladı”.
Küçələrə gəlincə onların çoxunda parkomatlar qoyuldu. Lakin ərazidə yaşayan insanlar üçün güzəştli şərtlərin olmasına baxmayaraq, hətta ödənişli parklama yerlərində boş yer tapmaq asan məsələ deyil.
Parklamaya görə hamının ödəniş etdiyini demək çətindir. Bu yalnız o halda olur ki, əraziyə “qanuni parklama işçisi” təyin edilir və o, dayanacaqda məcburi şəkildə ödənişi alır.
Qəpik yoxdu, qanunu poz?
Yeri gəlmişkən ödəniş haqqında danışaq. Bakıdakı parkomatlarda ödəniş ancaq qəpiklə həyata keçirilir. Bir neçə saat maşının saxlanılması bir neçə manata başa gəldiyindən sürücülər bu qədər qəpiyi haradan tapa biləcəklərini bilmir.
Nəticədə, hətta ən qanunpərəst vətəndaşlar belə parkomatları görməzdən gəlir, avtomobili dayanacaqda ödənişsiz saxlayırlar. Bu halda isə Yol Polisi əməkdaşları tərəfindən cərimə olunma ehtimalı ortaya çıxır.
Xoşbəxtlikdən YP əməkdaşları parkomatların olduğu dayanacaqda növbə çəkmir.
Lakin mərkəzi küçələrin sakinləri belə hala görə daha çox əziyyət çəkir. Cünki sakinlər üçün nəzərdə tutulan endirimli yerlər həmişə “başqaları” tərəfindən tutulmuş olur. Bilinməyən səbəbdən onlar həmişə bu yerləri daha tez tutur.
Xoşbəxtlikdən vəziyyət yaxın zamanlarda asanlaşacaq. Bakıda tətbiq olunacaq “Bakı city cart” vasitəsilə şəhər daxilində nağdsız ödəniş mümkün olacaq.
Bakı Şəhəri İcra Hakimiyyətinin xüsusi məqsədli nəqliyyat vasitələri aparatının rəhbəri Həsən Abdullayevin sözlərinə görə, hazırda parklama kartları sınaq mərhələsindədir.
“Kartların təqdimatı 15 yanvar tarixində keçiriləcək. Fevral ayının əvvəlində sistem tam olaraq fəaliyyətə başlayacaq”, -deyə, H. Abdullayev bildirib.
Bu nəyi dəyişəcək?
Parklama kartı da gedişhaqqı kartı kimi eyni sistemə malikdir. Avtomobil dayanacağında ödəniş etmək üçün kartı cihaza yaxınlaşdırıb gərəkən məbləğ çıxılana qəıdər gözləmək lazımdır. Lazım olan məbləğ çıxılandan sonra sürücü ödəniş haqqında qəbz alır. Bu zaman xırda pulla bağlı problem də aradan qalxacaq.
Parklama ərazisində maşının qalması haqqında informasiya indi olduğu kimi yenə də sürücü tərəfindən qeyd olunacaq.
Bununla yanaşı, istəyən şəxslər əvvəlki qayda ilə ödəniş edə bilər.
“Parklama kartının balansı mobil termillar, internet saytı və xüsusi qoruma qatı olan kartlar ( kontur yükləmə kartı kimi) vasitəsilə həyata keçiriləcək. Qoruma qatı altındakı rəqəmləri parkomatdakı müvafiq xanaya daxil etməklə ödəniş mümkün olacaq”, deyə H. Abdullayev şərh edib.
Onun sözlərinə görə, indi sayt hazırlıq mərhələsindədir. Parklama kartlarının satış məntəqələrinə gəlincə, H. Abdullayev qeyd etdi ki, onları dayanacaqlarda və qəzet kiosklarında almaq olar.
Bundan əlavə Abdullayev bildirib ki, yaxın vaxtlarda sürücülər ödənişi telefondakı xüsusi mobil bölmədə, sms vasitəsilə həyata keçirə biləcək.
“Ödəniş etməyənlərə gəlincə, ümid edirik ki, Yol polisi əməkdaşları şəhər mərkəzindəki dayanacaqlarda parklama ödənişinin həyata keçirilməsinə nəzarəti daha da gücləndirəcək”-H. Abdullayev deyib.
Beləliklə,şəhərin mərkəzi küçələrində parklama ərazilərinin olmaması ilə bağlı problem qismən də olsa aradan qalxa bilər. Həyətlərdəki qalmaqallar da bu halda azalmış olar.
Leyla Leysan