Diasporla İş üzrə Dövlət Komitəsi KİV-i diqqətli olmağa çağırıb | 1news.az | Xəbərlər
Siyasət

Diasporla İş üzrə Dövlət Komitəsi KİV-i diqqətli olmağa çağırıb

19:25 - 09 / 01 / 2016
Diasporla İş üzrə Dövlət Komitəsi KİV-i diqqətli olmağa çağırıb

Son günlər bəzi kütləvi informasiya vasitələrində  Azərbaycan diasporunu hədəf seçən, onun nüfuzunu zədələməyə yönəlmiş, az qala bütün diaspor təşkilatlarını fəaliyyətsiz, səmərsiz qurumlar kimi təqdim edən təşəbbüslərin çoxalması müşahidə edilməkdədir. Artıq sistemli xarakter almış bu tendensiya xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında da ciddi narahatlıq doğurur.

Təəssüf hissi ilə qeyd edirik ki, əksər hallarda yoxlanılmamış informasiyalar əsasında hazırlanan bu yazılar diaspor işinə könüllü olaraq qoşulmuş, öz doğma Vətəninə səmimiyyətlə xidmət etməyə çalışan minlərlə soydaşımızın bu günə qədər Azərbaycan üçün göstərdiyi təmənnasız xidmətlərə kölgə salmaq niyyətini əks etdirir. Bir daha vurğulamağı vacib bilirik ki, kütləvi informasiya vasitələri Azərbaycan diaspor təşkilatları barədə hər hansı məlumatı yayarkən onun dəqiqliyini yoxlamalı,  xarici ölkələrdə məskunlaşmış həmvətənlərimizin bu cür ittihamlara kifayət qədər həssas olduğunu unutmamalıdır.

Təbii ki, biz disporun fəaliyyətində mövcud olan nöqsanların ictimailəşdirilməsinin əleyhinə deyilik. Dünyanın ən güclü diasporlarının da fəaliyyətində nöqsanlar, çatışmazlıqlar,fikir ayrılıqları olur və bütün bunları normal qarşılamaq lazımdır. Lakin bu cür informasiyalar dəqiq, qərəzsiz və yoxlanılmış məlumatlara əsaslanmalıdır. Əks halda, belə yanaşmalar nəinki soydaşlarımızı incik sala, könüllü vətənpərvərlik işi olan diaspor fəaliyyətindən uzaqlaşdıra, həm də Azərbaycan dövlətinin milli maraqlarına zərbə vura bilər.

Diaspor canlı bir orqanizmdir, öz ətrafında yüz minlərlə insanı birləşdirir. Hər bir insanın dünyagörüşü, hadisə və proseslərə baxışı individual xarakter daşıyır. Bu baxımdan diaspor təşkilatlarınını müxtəlif məsələlərə yanaşmasında fərqliliklərin olması təbiidir. Bəzi hallarda, əksinə, bu cür fərqliliklər daha optimal həll yollarının tapılmasına imkan yaradır, diaspor təşkilatları arasında Azərbaycana daha yaxşı xidmət etmək uğrunda səmərəli rəqabət mühiti formalaşdırır.

Son günlər bəzi kütləvi informasiya  vasitələrində yayılmış materiallarda diasporumuzun  nüfuzuna xələl gətirmək,  Azərbaycanın bir sıra tərəfdaş dövlətlərlə münasibətlərini süni olaraq gərginləşdirmək,  mövcud  qarşılıqlı inam və etimadı zədələmək niyyəti açıq-aydın nəzərə çarpmaqdadır. Bugünkü şərtlərdə müzakirə edilməsi perspektivi belə şübhə doğuran bir sıra tanınmış siyasi təhlilçilərinin, dövlət və siyasət adamlarının da doğru hesab etmədiyi mövzular ətrafında bu qədər süni, heç bir real faktlara əsaslanmadan konkret ittihamlar üzərində qurulmuş bir kampaniyanın təşkilinin məqsədini başqa cür izah etmək mümkün deyil.

Bütün bunlar baş verənlərin kənardan idarə olunan və Azərbaycanın dövlət maraqlarını zərbə altında qoymağa hesablanmış bir proses olduğunu düşünmək üçün ciddi əsaslar yaradır. Aydın şəkildə nəzərə çarpır ki, burada əsas hədəf Azərbaycan diasporu deyil, məhz Azərbaycan dövlətinin milli maraqlarıdır. Buna görə də biz, bu kampaniyaya bilməyərəkdən qoşulduğuna şübhə etmədiyimiz bütün kütləvi informasiya vasitələrini diqqətli, eyni zamanda məsuliyyətli olmağa dəvət edirik. Əminik ki, Azərbaycan dövlətinin və xalqının milli maraqları hər bir vətəndaşımız, o cümlədən KİV nümayəndələri üçün peşəkar maraqlardan qat-qat yüksəkdə dayanır.

Paylaş:
818

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər