Daniel Kristian Çobanu: Azərbaycan və NATO-nun əməkdaşlığı uğurla inkişaf edir | 1news.az | Xəbərlər
Siyasət

Daniel Kristian Çobanu: Azərbaycan və NATO-nun əməkdaşlığı uğurla inkişaf edir

10:06 - 11 / 01 / 2016
Daniel Kristian Çobanu: Azərbaycan və NATO-nun əməkdaşlığı uğurla inkişaf edir

“Azərbaycan və NATO arasında əməkdaşlıq uğurla inkişaf edir”.

Bu haqda NATO-nun rezident-koordinatoru, Rumıniya səfiri Daniel Kristian Çobanu jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası və NATO arasında əməkdaşlıq strateji əhəmiyyət daşıyır.

“Bu ilin iyul ayında Varşava şəhərində NATO-nun növbəti sammiti keçiriləcək. Ümid edirik ki, Azərbaycan Prezidenti İlham Əliyev həmin sammitdə iştirak edəcək”- deyə, qeyd edən D.K.Çobanu əvvəlki sammitlərdə də Azərbaycan dövlət başçısının iştirak etdiyini xatırladıb.

Qeyd edək ki, NATO-nun sammiti 8-9 iyul 2016-cı il tarixində Varşavada təşkil olunacaq. Bu sammit 2 ildən bir keçirilir.  Ötən sammit 2014-cü ildə Uels şəhərində  keçiriləcək.

1news.az

Paylaş:
1184

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər