Millət vəkili - Azərbaycan Prezidentinin ətrafında birləşmək və başladığı islahatları dəstəkləmək lazımdır | 1news.az | Xəbərlər
Siyasət

Millət vəkili - Azərbaycan Prezidentinin ətrafında birləşmək və başladığı islahatları dəstəkləmək lazımdır

18:05 - 12 / 01 / 2016
Millət vəkili - Azərbaycan Prezidentinin ətrafında birləşmək və başladığı islahatları dəstəkləmək lazımdır

Uzun müddət Azərbaycanın ertələdiyi ümumdünya iqtisadi böhranı ölkəmizə də təsir etdi və keçən il 2 devalvasiya dalğası yaşandı.

Valyuta kursunun kəskin artması dünya nazarında enerjidaşıyıcılarının qiymətinin düşməsi ilə vəhdətdə inkişaf etməkdə olan Azərbaycan iqtisadiyyatı üçün ciddi sınaq oldu. Buna baxmayaraq ölkə müsbət inkişaf templərini qoruya bildi.

Bununla yanaşı hökumət əhalinin həssas təbəqəsinə dəyən zərbəni yüngülləşdirmək üçün mümkün olan hər şeyi edir. Bu tədbirlərə sosial yönümlü layihələrin həyata keçirilməsi, işgüzar aktivliyin artırılmasına yönələn geniş islahatlar, dövlət orqanları və biznes arasında şəffaflığın yüksəldilməsinə yönələn addımlar aiddir.

Biznes mühiti, qeyri-neft sektorunun inkişafı üçün konkret addımlar atılır. Yəni hakimiyyət artıq anlayır ki, antiböhran addımları və islahatların zamanı artıq çatıb. Bu istiqamətdə konkret addımlar atılır.

Bununla yanaşı qeyd etmək lazımdır ki, bəzi qüvvələr dünya iqtisadiyyatının hazırkı mürəkkəb şəraitindən istifadə etməyə çalışır.Müstəqil siyasəti ilə bəzi qüvvələrdə qısqanclıq yaradan  Azərbaycan da burada istisna deyil.   

Ekspertlərin vurğuladığı kimi Avropa Parlamenti və DTİHB ATƏT kimi bəzi beynəlxalq strukturların-  qərəzli mövqeyi, qeyri-hökümət təşkilatlarının subyektiv hesabatları və qiymətləndiməsi, ABŞ-da ermənipərəst konqresmenlər tərəfindən Azərbaycanla əlaqədar sanksiyaların qəbulu da məhz  bununla əlaqədardır.

Azərbaycandakı vəziyyəti destabilləşdirmək cəhdləri ölkə tarixində baş verən mühüm hadisələr zamanı daha da artır. Nümunə olaraq Taleh Bağırovun  Nardaran qəsəbəsində məskunlaşan cinayətkar dəstəsinin fəaliyyətini nümunə göstərmək olar. Həmçinin, müxalifət qüvvələrinin radikal cağırışları elə bir həddə gəlib çatıb ki, azərbaycan vətəndaşlarının başının kəsilməsi və öldürülməsi təhdidləri  səsləndirilib.

Şərhçilrin bu fikri ilə Milli Məclisin deputatı Zahid Oruc da razılaşıb. O əminliklə bildirb ki, Nardaran hadisələri ilə Amerika konqresmeni Kris Smitin antiazərbaycan  qətnamə layihəsi arasında paralel vardır. Onu sözlərinə görə Azərbaycan hər zaman dünya güc mərkəzlərinin diqqətində olub. 

“Təzyiq cəhdləri həmişə müşahidə olunurdu: 5 il öncə də indi də . Fərq yalnız iştirakçı sayındadır. Bəzi xarici çevrələrin fikrincə, sosial faktorların təsiri onların öz məqsədlərinə çatması üçün vasitə ola bilər”,- deyə Z.Oruc “beşinci kolon”dakıların sayı ilə  iqtisadi vəziyyət arasında rabitəni qeyd edib. Bununla belə, deputat qeyd edib ki, iqtisadi çətinliyin heç bir dövrü sonsuz deyil və dövlət üçün təhlükə yarada bilməz.

“Dünyada baş verək iqtisadi böhrana baxmayaraq, xalqın Prezident İlham Əliyevə inamı yüksəkdir. Bu da Azərbaycanın hüdudlarından kənarda istər erməniyönümlü güclərdə, istərsə də ölkənin daxilindəki bir çox opponentlərdə qısqanclıqlara səbəb olur”, - parlamentari vurğulayıb.

Z.Oruc qeyd edib ki, marjinal müxalifət o faktı həzm edə bilmir ki, hətta iqtisadi böhrana baxmayaraq onun seçicilərinin sayı artmayacaq. Baxmayaraq ki, bəzi iş adamlarının və işbazların milli valyuta məzənnəsinin dəyişikliyindən varlanmağa çalışanlardan vətəndaşlar narazıdır. 

“Cavab çox sadədir: müxalifətin yazdığı ssenari sonda ölkəni bir çox ərəb dünyasına məxsus dövlətlərin düşdüyü vəziyyətə aparıb çıxaracaq”, - Z.Oruc sözlərinə əlavə edib ki, xalq Prezidentə inanır.

“Düşünürəm ki, yaxın 20 gün-ay ərzində biz, ölkədə devalvasiyanın pis nəticələrini aradan qaldırılması istiqamətində kompleks tədbirlərin, ciddi struktur dəyişikliklərinin şahidi olacağıq”.

Bununla belə o, əminliklə bildirib ki, Azərbaycanda bir neçə vətəndaşın antiazərbaycan planları ölkənin hazırki vəziyyətinə təsir etməyəcək. İstisna etmirəm ki, bəzi dövlət qurumlarına maraq azalacaq. Hazırda hökumətin ehtiyatlarını xalqın maraqları istiqamətində səfərbər etmək əsas məsələdir. Eyni zamanda vətəndaşları dəstəkləyən reformlar həyata keçirilməldir”, - deputat dedi.

“Azərbaycanda dini ekstremizmin yayılması, Nardarandakı qanunsuz silahlı dəstə və konqresmen Kris Smitin qətnaməsi – bunların hamısı antiazərbaycan güclərinin fəaliyyətinin nəticədir. Bu faktdır. Nə qədər Azərbaycan müstqildirsə, o qədər də ölkəmizə qarşı qısqanclıq və müqavimət artacaq”, - Z.Oruc əlavə edib.

Onun sözlərinə görə, Bakının ünvanına səslənən mənfi təbliğat davam edir. O, Azərbaycandakı vəziyyəti işıqlandıran bəzi Qərb KİV-nə diqqəti yönəldib:

“Ölkəmizdəki bir çox hadisələr qara rənglərdə təqdim olunur ki, bu da sifarişlərin nəticəsidir. Əgər bu KİV-in reportajlarına baxdıqda, adama elə gəlir ki, sanki Azərbaycan – sonsuz faciələr məkandır. Bu, təbii ki, belə deyil və hər kəs bunu başa düşür və bilir. Bu cür təbliğat əsassızdır.  Xalqın Prezident ətrafında toplaşması – antiazərbaycan gücləri üçün ən yaxşı cavabdır”, - deputat dedi.

1news.az

Paylaş:
948

Son xəbərlər

Bütün xəbərlər