Bakıda Azərbaycanla ABŞ arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Azərbaycanla ABŞ arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

16:48 - 13 / 01 / 2016
Bakıda Azərbaycanla ABŞ arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kapçan ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Elmar Məmmədyarov müstəqilliyinin ilk illərindən Azərbaycan ilə ABŞ arasında enerji təhlükəsizliyi, terrorçuluğa qarşı mübarizə və digər sahələrdə tərəfdaşlıq münasibətlərinin formalaşdığını bildirib.

Ölkəmizə ilk dəfə səfər etdiyini deyən Çarlz Kapçan ABŞ-ın Azərbaycan ilə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd edib.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar və müzakirə mövzusu olan təkliflər barədə məlumat verib. O, problemin həlli, regionda davamlı sülh və sabitliyin bərqərar olması üçün Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini diqqətə çatdırıb.

Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
1103

Son xəbərlər

Bütün xəbərlər