Novruz Məmmədov: Ermənistan münaqişənin həlli ilə bağlı konstruktiv addım atmaq istəmir
Hələ Qarabağ münaqişəsinin həlli istiqamətində irəliyə atılan addım görmürük. Prezidentlərin İsveçrə görüşündə də irəliyə doğru addım atılmadı.
1news.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib:
“Bunun səbəbi Ermənistanın münaqişənin həlli ilə bağlı konstruktiv addım atmaq istəməməsidir. Ermənistan rəhbərliyi bölgədə sülhün və sabitliyin təmin olunmasından daha çox şəxsi maraqlarını düşünür”.
Həmsədr dövlətlərin Qarabağ münaqişəsinin həllinə diqqətinin yetərincə olmamasından gileylənən N.Məmmədovun sözlərinə görə, ATƏT-də sədrliyi qəbul edən Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv olacağını bildirib.
1news.az