XİN: İndoneziyadakı terror aktında həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur
“İlkin məlumata əsasən Indoneziyada baş vermiş terror aktlarında həlak olan və ya xəsarət alanlar arasında Azərbaycan Respublikası vətəndaşları yoxdur”.
1news.az xəbər verir ki, bu haqda XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib
Azərbaycan Respublikasının İndoneziyadakı səfirliyi fəaliyyətini davam etdirir və məsələ ilə əlaqədar İndoneziyanın dövlət qurumları ilə təmasdadır.
Səfirlik tərəfindən İndoneziyada daimi əsasda yaşayan Azərbaycan vətəndaşlarına kütləvi yerlərdən kənar durmaları tövsiyə olunmuşdur.
Qeyd edək ki, Azərbaycan Respublikasının İndoneziyadakı Səfirliyində otuza yaxın Azərbaycan vətəndaşı konsulluq qeydiyyatındadır.
1news.az
918