Kəmaləddin Heydərov Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı Muhammad Zakaullahla görüşüb – VİDEO
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Muhammad Zakaullahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
1news.az-ın məlumatına görə, nazir K.Heydərov qonaqları salamlayaraq ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. O, rəhbərlik etdiyi nazirliyin dost Pakistan İslam Respublikasının müvafiq qurumları ilə əməkdaşlığının daha da inkişaf edəcəyinə inamını ifadə edib.
M.Zakaullah səmimi görüşə görə təşəkkürünü bildirib, Fövqəladə Hallar Nazirliyi ilə əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra qonaqlar Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə olunması və Əməliyyat zallarının fəaliyyəti ilə tanış olublar.
1news.az