Novruz Məmmədov: “Azərbaycan haqq mövqeyini sona qədər müdafiə etməyə qadirdir” | 1news.az | Xəbərlər
Siyasət

Novruz Məmmədov: “Azərbaycan haqq mövqeyini sona qədər müdafiə etməyə qadirdir”

19:55 - 15 / 01 / 2016
Novruz Məmmədov: “Azərbaycan haqq mövqeyini sona qədər müdafiə etməyə qadirdir”

Azərbaycan-ABŞ münasibətləri müstəqillik illərimizdə uğurlu və zəngin yol keçib, əməkdaşlıq əlaqələri həmişə əhəmiyyətini saxlayıb.

Bu haqda 1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu sözləri mətbuata müsahibəsində bildirib.

Prezident Administrasiyasının rəsmisi deyib ki, bu münasibətlər təsadüfü maraqlar üzərində qurulmayıb. Azərbaycan potsovet məkanında Birləşmiş Ştatlar və Avropa ölkələri ilə uğurlu əməkdaşlıq edən bir dövlətdir. Bu münasibətlərin əsasını ümummilli lider Heydər Əliyev qoyub və indi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Əlbəttə qarşılıqlı sıx əlaqələr olan yerdə problemlər də olur. Bu gün dünyada, xüsusilə, XXI əsrin ilk onilliklərində bütün dövlətlərin rəhbərləri çalışırlar ki, özlərinin dövlətçilik və milli maraqlarını maksimum müdafiə etsinlər. Bu halda dövlətlər arasında müxtəlif problemlər yarana bilər. Odur ki, münasibətlərin belə xarakter alması təbii və məntiqidir. Çünki Azərbaycan Prezidentinin də əsas vəzifəsi milli maraqlarımızın qorunması və müdafiə edilməsidir.

Prezident Administrasiyası rəhbərinin müavini deyib:

“Mən həmişə qeyd etmişəm ki, Azərbaycan xalqı müstəqillik illərində uğurlu dövlətçilik yolu keçib. Azərbaycan Prezidenti bu yolu uğurla davam etdirir. Dövlətimizin başçısı bunu xalqa arxalanaraq edir. Bu bizim hamımızın vəzifəsidir. Əlbəttə dövlətlər arasında müəyyən zamanlarda müəyyən problemlər olur. Bu halda hər hansı bir təkid, hər hansı bir mövqe göstərməyə ehtiyac yaranır. Biz haqqımızı, ədalətli yanaşmanı tələb edirik. Bu gün dünyada hər bir dövlət öz maraqları üçün açıq-aydın mübarizəyə qalxıb. Bizim milli dövlətçilik maraqlarımızın təmin olunmasının əsas amillərindən biri də pozulmuş ərazi bütövlüyümüzün bərpasıdır”.

Dünyada oxşar hadisələrin baş verdiyini vurğulayan Novruz Məmmədov qeyd edib ki, Azərbaycan haqq mövqeyini sona qədər müdafiə etməyə qadirdir. Prezident İlham Əliyev və ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kapça arasında görüşə diqqət çəkən Prezident Administrasiyasının rəhbərinin müavini görüşdə qarşılıqlı anlaşma istiqamətində mühüm addımların atıldığını bildirib. Bu səfərin ilin əvvəlində baş tutmasının çox böyük rəmzi mənası və mesaj xarakteri var. Bu o deməkdir ki, ABŞ Azərbaycan ilə əlaqələrinə həmişə çox böyük əhəmiyyət verir, bu əməkdaşlığın daha da genişlənməsinə və möhkəmlənməsinə diqqət yetirir. Azərbaycan tərəfi də bu ölkə ilə əlaqələrinin inkişafını daim diqqət mərkəzində saxlayır. Azərbaycan Prezidenti öz çıxışlarında bunu həmişə bəyan edir. Biz ABŞ ilə, Avropa İttifaqı ilə əlaqələrimizi təsadüfən seçməmişik. Bu düşünülmüş bir seçimdir. Biz bu yolu uğurla davam etdirmək istəyirik.

Azərbaycanın ABŞ üçün həmişə mühüm, vacib və böyük əhəmiyyət daşıyan tərəfdaş olduğunu deyən Novruz Məmmədov Prezident İlham Əliyevin Prezident Barak Obama tərəfindən Vaşinqtonda keçiriləcək dördüncü Nüvə Sammitinə dəvət olunmasına da münasibət bildirib. Dəvət məktubunun məzmunu bundan ibarətdir ki, Azərbaycan başqa sahələrdə olduğu kimi, nüvə təhlükəsizliyi sahəsində də dünyada çox fəal mövqe tutur, bu işə çox böyük töhfələr verir. ABŞ Prezidenti məktubunda bunu təqdirəlayiq bir hal hesab edir.

“Əsrin müqaviləsi”nin imzalanmasından tutmuş enerji xətlərinin şaxələndirilməsinə qədər ABŞ-ın Azərbaycana böyük dəstəyi olduğunu vurğulayan Prezident Administrasiyası rəhbərinin müavini iki ölkə arasında terrorizmə qarşı mübarizə sahəsində də çox uğurlu əməkdaşlıq aparıldığını qeyd edib. Azərbaycanın müxtəlif yerlərdə sülhyaratma missiyalarına qoşulduğunu və bu gün Əfqanıstanda həmin missiyanı davam etdirildiyini diqqətə çatdırıb. “Azərbaycan elə regionda yerləşir ki, həmişə strateji əhəmiyyət daşıyan dövlət olaraq qalacaq”,- deyən Novruz Məmmədov vurğulayıb ki, ölkəmiz bu əməkdaşlığı bərabərhüquqlu, qarşılıqlı sürətlə faydalı olmasını istəyir və bunu nail olur. Bu əlaqələrin bundan sonra da inkişaf etdirilməsinə gəlincə, bunun üçün qarşılıqlı inam və istək var.

Paylaş:
796

Son xəbərlər

Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27
Bütün xəbərlər