Varşava universitetində Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş tədbir keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Varşava universitetində Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş tədbir keçirilib

23:48 - 15 / 01 / 2016
Varşava universitetində Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş tədbir keçirilib

Bu gün Varşavada fəaliyyət göstərən Vistula Universitetində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş tədbir keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda APA-ya Azərbaycanın Polşadakı səfirliyindən məlumat verilib.

Məlumata görə, tədbirdə universitetinin müəllim və tələbə heyəti, o cümlədən Azərbaycan Respublikasının Qafqaz Universitetindəki Humanitar və ictimai elmlər institutunun elmi işçisi Şamxal Əbilov, Vistula Universitetinin doktorantı Sənnur Əliyev, Polşada fəaliyyət göstərən bir sıra araşdırma mərkəzlərinin mütəxəssisləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Vistula Universitetinin Beynəlxalq əlaqələr institutunun direktoru, professor Longin Pastusiak Dağlıq Qarabağ probleminin 1988-ci ildən etibarən aktiv fazaya daxil olduğunu bildirib. Münaqişə nəticəsində Azərbaycan Respublikasının ərazilərinin işğal olunduğunu vurğulayıb. Daha sonra söz Vistula Universitetinin doktorantı Sənnur Əliyevə verilib.

S.Əliyev çıxışı zamanı xalqımızın tarixinə qanlı hərflərlə yazılmış 1990-cı il 20 Yanvar faciəsinə toxunub. O, 20 Yanvar faciəsinin postsovet məkanında insanlığa qarşı törədilmiş ən qanlı hadisə olduğunu qeyd edib. Çıxışı zamanı Azərbaycan xalqının müstəqilliyini bərpa etmək istiqamətində xalqımızın keçdiyi yoldan söhbət açıb.

 Çıxış üçün söz alan Şamxal Əbilov öncə 20 Yanvar faciəsinə toxunub. Bu faciəyəyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi aspektindən yanaşıb, bununla bağlı ətraflı məlumat verib. Daha sonra “Dağlıq Qarabağa ümumi tarixi baxış: Azərbaycanın mövqeyi” adlı məruzəsi ilə geniş çıxış edən Ş.Əbilov əsasən ermənilərin Azərbaycanın əzəli torpaqlarına köçürülmə tarixindən söz açıb. O, burada Çar Rusiyası, İran və Osmanlı dövləti arasında imzalanmış Türkmənçay, Ədirnə müqavilələrinə toxunaraq, Qarabağın demoqrafik vəziyyətinə təsirindən danışıb. Dağlıq Qarabağ probleminə tarixin müxtəlif dövrlərində, o cümlədən SSRİ və müstəqillik illərində hüquqi baxımından yanaşmış, iştirakçıların böyük marağına səbəb olmuş tarixi faktları, sənədləri onlara təqdim edib.

Seminar iştirakçıların rəy və suallarından ibarət diskussiya ilə davam edib. Azərbaycanın Polşadakı səfirliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı polyak dilində nəşr etdirdiyi kitablar və 20 Yanvar faciəsi haqqında polyak dilində olan açıqca seminar iştirakçılarına təqdim edilib.

 

Paylaş:
770

Son xəbərlər

Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27
Bütün xəbərlər