Mövlud Çavuşoğlu: “Türkiyə Dağlıq Qarabağ məsələsinə özünün problemi kimi yanaşır”
Türkiyənin Qaziantep Universitetində keçirilən “Səkkizinci beynəlxalq səfirlər” konfransında iştirak edən xarici işlər naziri Mövlud Çavuşoğlu çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunub.
Bu haqda 1news.az Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsinə istinadla xəbər verir.
Azərbaycan torpaqlarının 20%-inin təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanıldığını diqqətə çatdıran nazir bildirib ki, Türkiyə hökuməti ATƏT-in Minsk qrupu çərçivəsində qardaş Azərbaycana bu problemin ədalətli həlli üçün hər cür dəstəyini verməkdədir.
M.Çavuşoğlu qeyd edib ki, Türkiyə Dağlıq Qarabağ məsələsinə özünün problemi kimi yanaşır.
Qeyd edək ki, konfransda Türkiyənin hökumət üzvləri, xarici ölkələrdəki səfirləri, bölgədəki vilayətlərin rəhbər şəxsləri, görkəmli alimlər, o cümlədən ölkə ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.
1news.az