Ziyad Səmədzadə: “ Azərbaycan liberal iqtisadi münasibətlərə üstünlük verməlidir”
“Dünya bazarlarında neftin qiymətinin 4 dəfə azalmasına və dövlət büdcəsinə daxilolmaların pararlel olaraq azalmasına baxmayaraq, Azərbaycan makroiqtisadi stabilliyi və müsbət inkişaf dinamikasını qoruyub saxlaya bildi”.
1news.az xəbər verir ki, bu fikir Azərbaycan Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri akademik Ziyad Səmədzadə komitənin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə iclasında çıxışı zamanı bildirib.
Z.Səmədzadə qeyd edib ki, dövlət gəlirlərinin azalması bəzi layihələrin dayandırılmasına səbəb olsa da, sosial layihələr əvvəl olduğu kimi yenə də tam həcmdə reallaşdırılır.
“Bu gün dövlət xəzinəsinə yeni gəlir mənbələrinin tapılması vacibdir, bu isə iqtisadiyyatın real sektorunun inkişafı ilə mümkündür”, - Z.Şəmədzadə deyib.
O, qeyd edib ki, Azərbaycan hökumətinin “neft komponentli iqtisadiyyatdan” liberal iqtisadiyyata keçməsi doğru siyasətdir.
“Biz iqtisadiyyatımızı açmalı və ölkədə iş yerlərinin maksimal dərəcədə artmasına nail olmalıyıq”, - deyən parlament komtəsinin sədri bank sektorunun möhkəmlənməsi və ölkədə qeyri-neft sahələrinin inkişafı ilə bağlı 8 qanun layihəsi paketinin qəbulunun vacib addım olduğunu qeyd etdi.
1news.az