Sevda Ələkbərzadə ilk dəfə boşanmadan danışdı: “Sevginin gözü kor olur...”- FOTO | 1news.az | Xəbərlər
Müsahibə

Sevda Ələkbərzadə ilk dəfə boşanmadan danışdı: “Sevginin gözü kor olur...”- FOTO

19:13 - 19 / 01 / 2016
Sevda Ələkbərzadə ilk dəfə boşanmadan danışdı: “Sevginin gözü kor olur...”- FOTO

Məlum olduğu kimi, yanvarın 17-də Azərbaycan KİV-lərində əməkdar artist Sevda Ələkbərzadənin əslən Cənubi Azərbaycandan olan və hazırda ABŞ-da yaşayan əri Kamiyardan boşanması ilə bağlı xəbərlər yayılıb.  

Boşanma xəbəri və onun ardınca, Sevdanın verdiyi təkzib xəbəri KİV-lərdə olduğu kimi sosial şəbəkələrdə də ciddi müzakirələrə səbəb oldu.

1news.az -la uzun zamandan bəri mövcud olan dostluq əlaqələrini nəzərə alaraq əməkdar artıst məhz bizim sayta müsahibə verərək məsələyə aydınlıq gətirdi.

Beləliklə, əməkdar artist Sevda Ələkbərzadə ilə eksklüziv müsahibəni ixtisarla təqdim edirik:

- Sevda, boşanma xəbəri aydın səmada ildırım kimi çoxları üçün ani oldu...

 - Bu günki qədər çoxsaylı zənglər daha əvvəl heç vaxt almamışdım. Geniş miqyaslı hansı layihə etsəm də, bu qədər səs-sədaya səbəb olmamışdı.

Lakin şəxsi həyatdan danımaq mənim üçün tabudur, bu gün mən onu pozacağam. Toyumla bağlı xəbərdə olduğu kimi 1news.az-a verdiyim açıqlamada təkzib etdiyim  boşanma xəbəri də KİV-lərdə ciddi rezonansa səbəb oldu. Daha əvvəl müsahibədə mən dedim ki, “bu xəbərlər əsassızdır, biz boşanmırıq”, cünki, şəxsi həyatım haqqımda he vaxt danışmamışdım. Cünki şəxsi həyatımı ictimaiyyətə və informasiya portaqllarına açmaq istəmirdim.   

1news.az- a hər şeyi danışacağam. Ərimlə belə qərara gəldik ki, dünyanın yüzlərlər kilometr uzaqda iki ayri-ayrı tərəflərində -Azərbaycan və Amerikada yaşadığımıza görə ayrılmaq qərarına gəldik. Cünki mən Bakıda hər şeyi qoyub Amerikaya köçə bilmədiyim kimi, həyat yoldaşım da oradakı işlərini qoyub Azərbaycana gəlmək imkanı yox idi.  

-Ayrılmağınızın səbəbi yalnız bu idi?

- Şəxsi həyatla bağlı danışmaq istəməzdim. Bu yaxında ailəmə böyük itki üz verib, anam vəfat etdiyi zaman heç kimlə danışmaq istəmirdim. Bu müsahibəyə ona görə razılaşdım ki, məsələyə aydınlıq gətirim.

Kamiyarla münasibətlərim yaxşıdır. Biz dostuq, rahat ünsiyyət qura bilirik, lakin hər şeyi burada qoyub getməyi mən bacarmaram...

- Bu çətin vəziyyətdə hər hansı balansı qorumaq mümkün deyildimi?

- Biz balansı İstanbulda və Amerikada  gözləməyə çalışdıq. Mən əməkdar artistəm, beynəlxalq layihələrdə iştirak edirəm, Birləşmiş Ştatlarda isə məni nə gözlədiyini bilmirəm.

Biz cəhd etdik, lakin müəyyən vəziyyətlər və anlar var ki, nə mənim üçün, nə də Kamiyara görə qəbuledilməzdir. İndi bizim normal münasibətimiz var, hər şey əladır, ən əsası isə biz düşmən deyilik.  

-Soruşmamaq mümkün deyil, axı bunları münasibətlərin başlanğıcında düşünmək olmazdımı?

- Sevdiyi zaman insan çox şeyi görə bilmir, eşqin gözü kordur. Biz də bunları yaşamışdıq. Elə düşünürdüm ki, bizim üçün çətin anlar olsa da, sonra hər şey keçib gedəcək, lakin sonra anladım ki, heç nə keçmir vəziyyət daha da çətinləşir.

Həmin vaxt hisslər bizi reallıqdan uzaqlaşdırmışdı, lakin mən heç nəyə görə peşman deyiləm. Bzim aramızda minlərlə kilometr məsafə var və hisslərimizi bu məsafədən keçirmək çətindir. Elementar olaraq saat fərqi də burada özünü göstərirdi. Buna görrə hər vaxt əlaqə saxlamaq mümkün olmurdu. Bizdən biri həmişə hardasa itirdi. Anamın o zaman ciddi xəstəliyi olduğunu nəzərə alsaqq bu cətin idi...

İnsanın yanında sevdiyi şəxs varsa bu çox gözəldir. Lakin mən ilk və ən əsas yaradıcı insanam və musiqisiz yaşaya bilmərəm. Qeyd edirəm, məhz musiqi və yaradıcılıqla, şou-bizneslə deyil. İndi KİV-lərdə yazılanlar daha çox şou-biznesə yaxındır, mənə uyğun deyil.

1news.az

 

Paylaş:
2972

Son xəbərlər

SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54
Bütün xəbərlər