Ekspert: “Ermənistan prezidenti narkotik biznesi ilə şəxsən məşğuldur” | 1news.az | Xəbərlər
Köşə

Ekspert: “Ermənistan prezidenti narkotik biznesi ilə şəxsən məşğuldur”

11:16 - 19 / 01 / 2016
Ekspert: “Ermənistan prezidenti narkotik biznesi ilə şəxsən məşğuldur”

Ermənistanda kokain qaçaqmalçılığı 2015-ci ildən fəallaşmağa başlayıb.

Buna sübut olaraq Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaxın zamanlarda verdiyi hesabatdan da aydın görmək olar. Belə ki, hesabatda qeyd olunur ki, il ərzində aeroportda saxlanılanlar arasında daha çox ölkəyə böyük miqdarda narkotikləri gətirən şəxslərdir.  

Ermənistan vasitəsilə narkotik vasitələrikeçirməyin iki əsas yolu var: birincisi – Latın Amerikasından gətirilərək Türkiyə ərazisinə və oradan da Avropaya; ikinci yol isə – İrandan gətirilməklə BƏƏ-yə, daha sonra isə Malayziyaya keçirməklə. 

Dərc olunmuş məlumatlar aysberqin görünən zirvəsidir, azərbaycanlı politoloq Tofiq Abbasov hesab edir: “Ermənistan çoxdandır ki, narkotikin istehsalı və yerləşdirilməsi olan yükboşaltma məntəqəsinə çevrilib. Bununla da, ölkə iqtisadi itkilərini ödəyir”.

Politoloq əminliklə bildirir ki, xüsusi xidmət orqanlarının diqqətini yalnız kiçik narkotik alverçiləri çəkir.İri həcmli narkotik alverçiləri isə xüsusi xidmət orqanlarının, eləcə də qanundan “kənarda” qalmağı bacarırlar.

“Çox güman ki, bütün bu mafiyaya Serj Sarkisyan və onun əlaltıları rəhbərlik edir”, – Tofiq Abbasov 1news.az-a müsahibəsində bildirib.

Bundan əlavə, politoloq əmindir ki, Ermənistan rəhbərliyi ölkədə narkotik asılılığının yayılmasında ona görə maraqlıdır ki, bununla da respublikada gün-gündən artan gərginliyi səngitməyə çalışır: “Bu cür mürəkkəb üsulla etiraz dalğası sakitləşdirilir. Narkotikdən asılı olan insanlarda zamanla laqeyidlik yaranır, onları siyasət daha az maraqlandırmağa başlayır, eləcə də bu cür insanlar həyatın çətinlik və ağırlığına da fikir vermirlər”.

Ermənistanda narkomanların sayı ildən-ilə artır. Ermənistan Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzində əgər 2012-ci ildə 3893 narkoman qeydə alınmışdısa, bu rəqəm 2013-cü ildə 4428 nəfərə, 2014-cü ildə  4922-yə, 2015-ci ildə isə 5357 nəfərə yüksəlib.

İstisna deyil ki, narkotiklə məşğul olanların əsl sayı daha çoxdur. USAID-in erməni KİV-ə istinadla veridiyi məlumata əsasən, Ermənistanda 2010-cu ildə 30 min narkoman qeydə alınıb. Onlardan 12 700 nəfəri vena daxili narkotik vasitələrdən istifadə edir ki, bu da cəmiyyət üçün böyük təhlükə mənbəyidir.

Hazırda Ermənistan sadəcə narkotik vasitələrinin tranziti olan ölkə deyil, eyni zamanda burada narkotik maddələr də istehsal olunur, Tofiq Abbasov əminliklə bildirib.

“Boz ərazi” – Ermənistanın işğal etdiyiDağlıq Qarabağ torpaqları narkotik biznesi üçün əlverişli ərazidir.

“Dağlıq Qarabağın işğal olunmuş ərazilərində narkotik vasitələrin istehsalı və yayılması üçün əldəqayırma, bəlkə də əldəqayırmaolmayan zavodlar mövcuddur. Bu, rəsmi İrəvanın sərmayə qoyduğu tamamilə real şəbəkədir. Belə ki, maliyyə nöqteyi-nəzərində pul hər kəsə və hər zaman lazımdır. Eləcə də, blokada şəraitində yaşayan Ermənistan üçün bu məsələ günün ən vacib məsələsidir”, - politloq dedi.

Onun sözlərinə görə, Azərbaycan Xüsusi Xidmət Orqanlarının kəşfiyyatçılarının köməyilə, eləcə də kosmosdan işğal olunmuş ərazilərin çəkilmiş şəkillərindən iri çətənə sahələrini aydın görmək olur.

“Bu ölkədə yaşayan insanları nə iləsə məşğul etmək lazımdır. Nəzərə alsaq ki, hazırda Qarabağda tut arağından başqa heç nə istehsal edilmir kəşfiyyat mənbələrindən bildiriblər ki, Sarkisyan rejimi ölkə vətəndaşlarını narkotik vasitələrin alınması üçün çətənə və digər məhsulları yetişdirməyə məcbur edir”, - Tofiq Abbasov dedi.

Politoloq istisna etmir ki, narkobiznesdən əldə olunan gəlir vasitəsilə eyni zamanda erməni terror təşkilatları da faydalanır: “ASALA və digər terror təşkilatları hər zaman beynəlxalq nakotik mafiyası ilə sıx əlaqə salayaraq, beləcə maliyyə təminatlarını ödəyiblər”.

“Bir zamanlar ASALA Yunanıstan, Suriya, Livan və digər Yaxın Şərq ölkələrində terror hazırlıqları keçirən vaxtlarda həmişə beynəlxalq narkomafiya ilə qırılmaz əlaqələri olub. Bu cür əlaqələr bir qayda olaraq, itmir. Bu cür əlaqələr hər zaman dəstəklənir, belə ki, tərəflərin qarşılıqlı vəzifələri və qarşılıqlı maraları olur”, - Tofiq Abbasov bildirdi.

“Beləliklə, onlar rahatlıqlarını təmin edərək həyatın bütün hallarına qarşı döyüşçü-terrorçu hazırlamaq fəaliyyətlərini davam etdirirlər”, - o, sözlərinə əlavə etdi.

Nümunə olaraq politoloq Suriyada erməni icmasının prezident Bəşər Əsəd mövqeyini dəstəkləməsini göstərir. Onun sözlərinə görə, Suriyadakı çətinliklərə baxmayaraqerməni icması heç bir maliyyə sıxıntısı yaşamadı.

1news.az

Paylaş:
1626

Sizin üçün xəbərlər

Son xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50
Bütün xəbərlər