Vaşinqtonda Dağlıq Qarabağ mövzusunda konfrans keçirilib
20 yanvar tarixində Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusunda konfrans keçirilib.
Bu haqda tədbirdə iştirak edən ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uolrik məlumat verib.
“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə dair bu gün Vaşinqtonda əla müzakirələr keçirilib ”, - deyə, Uorlik özünün “twitter” səhifəsində yazıb.
Adından göründüyü kimi iştirakçılar sülh və müharibə perspektivləri, yaxud münaqişədəki düyün nöqtəsindən danışıb. Konfrans proqramının fotosunu Uorlik tviti ilə birlikdə yerləşdirib. Konfrans Azərbaycanda 1990-cı ildə baş verən facilə hadisələrin ildönümünə həsr olunmuşdu.
Qeyd edək ki, müzakirələr yanvarın 20-də keçirilən “Cənubi Qafqazda sülh, müharibə və ya çıxmaz vəziyyətin perspektivləri” adlı konfrans çərçivəsində baş tutub.
1news.az