Altay Əfəndiyev: "Ən mühüm öncəliyim GUAM-a üzv olan dövlətlərin maraqlarına mümkün qədər yaxşı şəkildə xidmət etmək olacaq" | 1news.az | Xəbərlər
Siyasət

Altay Əfəndiyev: "Ən mühüm öncəliyim GUAM-a üzv olan dövlətlərin maraqlarına mümkün qədər yaxşı şəkildə xidmət etmək olacaq"

12:44 - 21 / 01 / 2016
Altay Əfəndiyev: "Ən mühüm öncəliyim GUAM-a üzv olan dövlətlərin maraqlarına mümkün qədər yaxşı şəkildə xidmət etmək olacaq"

“İnanıram ki, r iki drlik proqramların yata keçirilməsi təşkilatın aliyytinə və üzv vlətlər arasında əkdaşlığa yeni kan verək”.

1news.az xəbər verir ki, bunu APA-ya açıqlanmasında GUAM təşkilatının yeni Baş Katibi Altay Əfəndiyev deyib.

Altay Əfəndiyev qeyd edib ki, qarşıdakı il ərzində əsas vəzifə və hədəf Azərbaycan Respublikasının GUAM təşkilatına, habelə GUAM Parlament Assambleyasına sədrliyi proqlamlarının uğurlu şəkildə həyata keçirilməsində lazımi dəstəyi təmin etməkdir.

Diplomat qeyd edib ki, GUAM Katibliyi tərəfindən təşkilatın fəaliyyətlərinin koordinatoru kimi mühüm missiyanın həyata keçirilməsində bacarıq və peşəkərlığın artırılması və gücləndirilməsini ümumi vəzifə və hədəfi kimi görür.

“Biz təşkilatın fəaliyyətlərində ardıcıllıq və davamlılığın qorunub saxlanmasına, üzv dövlətlərlə qarşılıqlı əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi, ölkələrin ümumi maraqlarının birləşdirilməsi və möhkəmləndirilməsində lazımi dəstəyin təmin edilməsinə çalışacağıq”, - deyə o bildirib.

A. Əfəndiyev qeyd edib ki, daim dəyişən və yeni çağırışlarla dolu regional və beynəlxalq kontekstində, GUAM nadir və unikal cəhətlərlə və xüsusiyyətlərlə fərqlənən regional təşkilat kimi bizim regionun sülh, stabil, təhlükəsiz və çiçəklənən zonaya çevrilməsi üçün vacib rol oynaya bilər və oynamalıdır.

A. Əfəndiyev onun GUAM Baş Katib kimi fəaliyyətə başlamaqdan imtina etməsi ilə bağlı xəbərlərin isə ciddi olmadığını qeyd edib: “Əminliklə onu deyə bilərəm ki, heç kim nə mənimlə, nə də Katibliklə əlaqə saxlayıb, indiyə kimi nə mən, nə də Katibliyin əməkdaşlarından kimsə hər hansı müsahibə verməmişik ki, belə söz-söhbətə əsas yaransın”.

Baş Katib 15 may 2015-ci il GUAM Xarici İşlər Nazirləri Şurasının qərarına hörmət və riayət edərək, 2016-cı ilin yanvarın 1-dən  vəzifəsinin icrasına başladığını, katibliyin bununla bağlı notasının üzv, tərəfdaş dövlətlərə və beynəlxalq təşkilatlara 2016-cı ilin ilk iş günü - 4 yanvarda paylanıldığını bildirib.

"Hazırda mən ailəmlə Kiyevdə yerləşmə prosesindəyəm, eyni zamanda sədrlik proqramlarının həyata keçirilməsinə daha yaxşı hazır olmaq üçün təşkilatın məsələləri ilə məşğulam", - deyə Baş Katib əlavə edib.

Paylaş:
785

Son xəbərlər

Bütün xəbərlər