Sloveniyanın Milli Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Sloveniyanın Milli Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul edib

14:24 - 22 / 01 / 2016
Sloveniyanın Milli Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul edib

Sloveniya Respublikasının Milli Şurası şuranın üzvü Rudi Matjasicin təşəbbüsü əsasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul edib.

1news.az xəbər verir ki, Azərbaycan Respublikasının Avstriyadakı səfirliyinin məlumatına əsasən, qərarda Milli Şura Sloveniya Respublikasının hökumətinə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlik səylər çərçivəsində Birləşmiş Millətlər Təşkilatının münaqişə ilə bağlı müvafiq qətnamələrini dəstəkləməyi təklif edib.

Milli Şuranın üzvü R.Matjasic tərəfindən irəli sürülmüş təşəbbüsdə qeyd olunur:

“Sloveniyanın Milli Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması və məcburi köçkünlərin təhlükəsiz və rahat şəkildə öz doğma yurd-yuvalarına qayıtmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı qətnamələri əsasında həllinin dəstəklənməsinə çağırır”.

Sənəddə bütün hallarda etnik təmizləmə, qırğın və mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsinin kəskin pislənilməli olduğu qeyd olunaraq, bu xüsusda Ermənistan silahlı qüvvələri tərəfindən 26 fevral 1992-ci il tarixində Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımın insanlığa qarşı cinayət olduğu vurğulanıb və faciənin 24-cü ildönümü münasibətilə Azərbaycan xalqına başsağlığı ifadə olunub.

Sənəddə yazılır: “26 fevral 2016-cı ildə 106-ı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, 613 nəfər dinc sakinin Ermənistan hərbi birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində amansızcasına qətlə yetirilməsi və çoxlu sayda mülki insanın itkin düşməsindən 24 ilin keçir”.

İnsanlığa qarşı cinayət olan bu hadisənin dünyanın əksər hökumətləri tərəfindən pislənildiyi vurğulanır.

Təşəbbüsdə BMT Baş Assambleyası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamələrində Dağlıq Qarabağ daxil olmaqla Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün dəstəkləndiyi qeyd olunaraq, münaqişənin həllinin beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyünə, xüsusilə BMT TŞ-nın müvafiq dörd qətnaməsinə (822, 853, 874 və 884) əsaslanmalı olduğu bildirilir.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən aparılmış işin nəticəsində Meksika, Pakistan, Honduras, Qvatemala, Kolumbiya, Panama, Peru, Bosniya və Hersoqovina, Sudan, Çex Respublikası və Rumıniyanın parlamentləri və ABŞ-ın 16 ştatının yerli qanunverici orqanı, İslam Əməkdaşlıq Təşkilatı və onun Parlament İttifaqı tərəfindən Xocalı faciəsini soyqırım və insanlıq əleyhinə cinayət kimi tanıyan, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalını pisləyən, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyini və münaqişənin BMT TŞ-nın 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri əsasında həllini dəstəkləyən müxtəlif sənədlər qəbul edilib.

“26 fevral 1992-ci ildə Azərbaycan Respublikasının Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş əməllərin soyqırım və insanlıq əleyhinə cinayət kimi tanıdılması istiqamətində Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilən ardıcıl fəaliyyət bundan sonra da davam etdiriləcək”- deyə, XİN-dən bildiriblər.

1news.az

 

Paylaş:
788

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər