No comment. Davos-2016: Azərbaycan Prezidentinin OPEC haqda zarafatları hər kəsi güldürüb – VİDEO
Azərbaycan Prezidenti İlham Əliyevin Davosda keçirilən Dünya İqtisadi Forumunda OPEC-in neftin dünya üzrə qiymətlərinə təsiri ilə bağlı zarafatı bütün iştirakçıları güldürüb.
“Təəssüflər olsun ki, OPEC üzvlərinin hər görüşündən sonra neftin qiyməti enir. Buna görə də biz, mümkün yeni görüşlərdən ehtiyat edirik. Bəlkə də bu görüşü keçirməmək daha yaxşıdır?”– dövlət başçısı “Yeni enerji tarazlığı” mövzusunda sessiya zamanı zarafat edib.
Prezident qeyd edib ki, bu, real vəziyyətdir:
“OPEC üzvü olmayan böyük istehsalçılar və OPEC üzvləri arasında istehsalın azaldılması barədə razılıq, əlaqələndirmə olsa qarşılıqlı etibarı artırar. OPEC təkbaşına bu qərarı verə bilmədi”.
Prezidentin sözlərinə görə, bu qərar olmadığı halda mövcud vəziyyət yaranır:
“Hər gün neftin ən aşağı hədd olduğunu düşünürük və daha sonra yeni neft qiymətini görürük”, – dövlət başçısı bildirib.
1news.az