Müdafiə Nazirliyi: Düşmən o qədər qorxu, səksəkə içərisindədir ki, hər tərəfdə gözünə Azərbaycan əsgəri görünür
Azərbaycan Müdafiə Nazirliyi cəbhədə bizə məxsus diversiya qrupunun qarşı tərəfə keçməyə cəhd etməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatlara münasibət bildirib.
1news.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir fəaliyyət həyata keçirməyib:
“Düşmən o qədər qorxu, səksəkə içərisindədir ki, hər tərəfdə gözünə Azərbaycan əsgəri görünür”.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bu gün səhər saat 04.00 radələrində guya Azərbaycan diversiya qrupunun qarşı tərəfə keçməyə cəhd edib və cəhdin qarşısı alınıb.
1news.az
694