PS: Qar təbii fəlakət kimi. Bakı küçələrindəki “avtobus-qatillər” – VİDEO | 1news.az | Xəbərlər
Köşə

PS: Qar təbii fəlakət kimi. Bakı küçələrindəki “avtobus-qatillər” – VİDEO

15:13 - 27 / 01 / 2016
PS: Qar təbii fəlakət kimi. Bakı küçələrindəki “avtobus-qatillər” – VİDEO

Şaxta Bakı küçələrini buz meydançasına çevirib. Mən bu başlıqla xəbərlərə nəzər yetirdim və gördüyüm məlumatlardan dəhşətə gəldim.

Belə ki, buz təpələri ilə hərəkət edən avtobusların sürəti çox yüksək idi. Bir dəqiqədən az vaxtda iki avtobus keçir. Əyləcsiz sərnişin avtobusları şütüyür. Ondan sonra keçən avtobus isə az qalsın səkiyə tərəf hərəkət edir. Avtobus qış şinləri ilə təchiz olunmadığından idarətetməni itirmişdi.

Əgər həmin səkidə sakinlər dayansaydı bədbəxt hadisənin baş verməsi qaçılmaz olacaqdı.

On illiklər ərzində, ildən-ilə Bakıda yağan qar – təbii fəlakətə çevrilir. Hətta az miqdarda qar yağanda belə paytaxtda həyat dayanır.

Hər qış fəslində Bakı sakinləri şəhərin parklarına daş plitələr düzmüş insanları “yaxşı” mənada xatırlayırlar. Hətta yağış yağanda belə plitələr sürüşmə meydançasına çevrilir. 

Çoxsaylı sümük sınıqları almaq təhlükəsi ilə sakinlər avtobus dayanacaqlarına çatmağa cəhd edirlər. Təhlükəsilə ona görə ki, səkiləri hesaba almırlar. Ən yaxşı halda yağış yağarkən çirkaba batacaqlar, ən pis halda – qar yağanda isə müvanizətlərini saxlamağa çalışırlar.

Bununla belə, “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, ASC-nin Bakı şəhərində balansında olan yollarda da heç bir problem yoxdur, hərəkət normaldır. Texnikalar, maşın-mexanizmlər hazır vəziyyətdədir, kifayət qədər duz-qum ehtiyatı var.

Avtobuslara gəlincə, müəyyən etmək istədik ki, xəttə buraxılan avtobuslara hansı qurum nəzarət edir. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən bildirdilər ki, bu məsələyə Nazirlər Kabinetinin nəzdində yaradılan Bakı Nəqliyyat Agentliyini cavabdehdir.

Lakin agentlikdən də bizə bildirdilər ki, hazırki məsələyəheç kəs aydınlıq gətirə bilməyəcək. Belə ki, hər kəs məşğuldur.

Əlqərəz, yanvarın 27-də paytaxtda havanın təzyiqininmənfi 5 dərəcəyə düşəcəyini, eyni zamanda axşam Bakıda yenidən qarın yağması gözlənilirsə, deməli bu məsələ də aktual olaraq qalır. Ümid edirik ki, bu zaman ərzində heç kəs xəsarət almayacaq.

Yeri gəlmişkən, “Azəryolservis” ASCsakinlərdən yollardakı hərəkətlə bağlı yaranan hər-hansı bir problemlə əlaqədar olaraq “Qaynar xətt” xidmətinin (012) 599-79-75 nömrəli telefona zəng etmələri xahiş olunur.

Diqqətli və ehtiyatlı olun, özünüzü qoruyun! 

1news.az

Paylaş:
2783

Sizin üçün xəbərlər

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər