GUAM ölkələri ilə Yaponiya arasında əməkdaşlıq məsələləri müzakirə edilib | 1news.az | Xəbərlər
Siyasət

GUAM ölkələri ilə Yaponiya arasında əməkdaşlıq məsələləri müzakirə edilib

16:19 - 29 / 01 / 2016
GUAM ölkələri ilə Yaponiya arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Dünən Yaponiyanın Ukraynadakı səfiri Şigeki Sumi Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM-ın baş katibi Altay Əfəndiyevlə görüşüb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Təşkilatın Kiyevdə yerləşən mənzil-qərargahından bildirilib ki, görüşdə GUAM-Yaponiya formatında əməkdaşlığın cari vəziyyəti və perspektiv istiqamətləri müzakirə edilib. Baş katib səfirə GUAM ölkələri ilə iqtisadiyyatın inkişafı və şaxələndirilməsi sahələrində fəal əməkdaşlığa görə təşəkkür edib.

Tərəflər GUAM-Yaponiya əməkdaşlığı proqramının vacibliyini qeyd ediblər. Həmin proqram Daxili İşlər Nazirləri Şurasının 3-cü görüşündə (2015-ci il dekabrın 3-də) imzalanıb.

Şigeki Sumi Yaponiyanın qabaqcıl təcrübəsindən GUAM ölkələrində istifadə edilməsinə dair keçirilən tədris seminarları və proqramlarının praktiki tətbiqinin zəruriliyini vurğulayıb, turizm, kənd təsərrüfatı, energetika sahələrində birgə tədbirlərin uğurla başa çatmasını bildirib.

Görüşdə Yaponiyada fevralın 21-dən 29-dək keçiriləcək “Environment – Waste Management” seminarının tematikasının GUAM ölkələri üçün vacib olduğu bildirilib.

Tərəflər əməkdaşlığın səmərəsinin yüksəldilməsi baxımından müntəzəm əlaqələr barədə razılığa gəliblər.

1news.az

Paylaş:
588

Son xəbərlər

RİNN-in saytında COP 29-la bağlı bölmə yaradılıb04 / 11 / 2024, 17:52İstanbulda “Səninləyik, Türkiyə” kitabının təqdimatı keçirilib04 / 11 / 2024, 17:50İran Prezidenti Bakıda keçiriləcək COP29-da iştirak edəcək04 / 11 / 2024, 17:47Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edildi04 / 11 / 2024, 17:31Rəşad Məcid: “Yeni telekanalda yüksək səviyyəli komanda formalaşdırılıb”04 / 11 / 2024, 17:23Maya Sandu 55,41 faiz səslə qalib gəlib04 / 11 / 2024, 17:14Kapital Bank-ın dollar istiqrazlarına maraq böyükdür04 / 11 / 2024, 17:12ASCO yaxın 3 ildə 65 köhnə gəmini donanmasından çıxaracaq04 / 11 / 2024, 17:10AFFA rəsmisi UEFA Konfrans Liqasının oyununa təyinat alıb04 / 11 / 2024, 16:52Bakıda restoranda yanğın olub04 / 11 / 2024, 16:45Mastercard və ABB dayanıqlılıq hakatonuna başlayır04 / 11 / 2024, 16:24COP29 üçün Azərbaycana gələnlərə viza pulsuz veriləcək - RƏSMİ04 / 11 / 2024, 16:22ADY ötən ilin rekordunu təzələyir - 6,9 milyondan çox sərnişin daşınıb04 / 11 / 2024, 16:09Leysan yağacaq, çaylardan sel keçəcək - Növbəti iki günlə bağlı XƏBƏRDARLIQ04 / 11 / 2024, 15:52Xəzərdə Azərbaycan-İran birgə təlimi keçirilib - FOTO04 / 11 / 2024, 15:42Hərbi prokuror hərbi qulluqçularla görüşüb04 / 11 / 2024, 15:36İrandan Azərbaycana 16 kq çox narkotikin keçirilməsinin qarşısı alınıb04 / 11 / 2024, 15:19Dönərin bişirildikdən sonra yararlılıq müddəti 12 saata qədər müəyyən edilib04 / 11 / 2024, 14:24YPX avtomobilləri də texniki baxışdan keçirildi - VİDEO04 / 11 / 2024, 14:10Azərbaycan - Estoniya oyununun biletləri satışa çıxarıldı04 / 11 / 2024, 14:02
Bütün xəbərlər