Sadəcə bir gün yağan qar bizi dünyada “məşhur etdiyi” üçün cənab merə təşəkkür edirik! – VİDEO | 1news.az | Xəbərlər
Köşə

Sadəcə bir gün yağan qar bizi dünyada “məşhur etdiyi” üçün cənab merə təşəkkür edirik! – VİDEO

17:55 - 29 / 01 / 2016
Sadəcə bir gün yağan qar bizi dünyada “məşhur etdiyi” üçün cənab merə təşəkkür edirik!  – VİDEO

Yolun buzla örtülmüş hissəsində idarə etməni itirmiş avtomobil və avtobusların sürüşməsi bizi bütün dünyada “məşhur etdi”.

Təsəvvür edin, qış vaxtı yolun qətiyyən bu cür olmaması ilə bağlı videoçarx CBC News, Dailystar, The Guardian, Euronews kimi məşhur media resursların səhifələrində yer alır. Məhz bu videoçarx sayəsində dünya sevimli Bakımızın küçələrində baş verənlərlə tanış olur.

 

Buses and cars narrowly escape crashes on ice-covered roads in Azerbaijan's capital. Posted by CBC News on Cümə axşamı, 28 Yanvar 2016

Hadisənin ən acınacaqlı tərəfi ondadır ki, bu videçarxa diqqət yetirmiş KİV resursları özləri daha çox Yer kürəsininşimal hissəsində (Kanada, Böyük Britaniya) yaşayırlar. Əgər biz, onları təəccxübləndirə bilmişiksə, təsəvvür edin ki, bu videoçarxı izləyən hər hansı bir ərəb və ya afrikalı nə vəziyyətə düşər?!

Burada qeyd etmək yerinə düşər ki, ölkəmizin dünyada məşhur olması üçün kifayət qədər səbəbləri var. Bunlardan ən azı Azərbaycanın ev sahibliyi və təşkil etdiyi mədəni tədbirləri göstərmək olar. Eyni zamanda, incəsəət sahəsində də müxtəlif tədbirlər keçirilib. Bundan əlavə,Allah çox şükür, çoxlu sayda idman tədbirlərini də nümunə gətimək olar!

Bu cür tədbirlərdən bir neçəsinin adını sadalamaq istərdim: ölkəmizdə 2012-ci ildə keçirilən “Avroviziya” mahnı müsabiqəsi, 2015-ci ildə möhtəşəm təşkil olunmuş Avropa Oyunları. Bütün bunlara avtomobil idmanının şahzadəsi Formula-1 yarışları da qoşulacaq.

İndi isə şəhərin İcra Hakimiyyəti Orqanları ilə kommunal xidmətlərin sayəsində bu siyahıya asfalt üzərində “analoqu olmayan fiqurlu konkisürmə” də daxil oldu.

Fürsətdən istifadə edərək bütün Bakı sakinlərinin adından bu cür möhtəşəm PR kampaniyasına görə şəhərin meri başda Hacıbala Abutalıbova, eyni zamandaİcra Hakimiyyəti Orqanlarının digər vəzifəli şəxlərinə dərin təşəkkürümü bildirirəm!

Yoldakı buz həqiqətən də bərq vurur! İnanmırsınız? O zaman videoçarxı izləyin.

1news.az

Paylaş:
1352

Sizin üçün xəbərlər

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər