Milli Məclis şadlıq evləri və restoranlara işğal altındakı Azərbaycan ərazilərinin adının verilməsinə narazılığını bildirib | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclis şadlıq evləri və restoranlara işğal altındakı Azərbaycan ərazilərinin adının verilməsinə narazılığını bildirib

14:28 - 01 / 02 / 2016
 Milli Məclis şadlıq evləri və restoranlara işğal altındakı Azərbaycan ərazilərinin adının verilməsinə narazılığını bildirib

Bakıda Milli Məclisin yaz sessiyasının birinci plenar iclası keçirilir.

Deputat Qənirə Paşayeva Kredit alan ailələrə ünvanlı sosial yardımın verilməsi prosesinin dayandırılmasına etirazını bildirib.

Q.Paşayeva bildirib ki, borc götürən ailələrə yardım etmək vacibdir. “Əhalinin aztəminatlı təbəqəsini qorumaq vacibdir”,-deyə deputat bildirib.

Q.Paşayeva həmçinin, ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanun layihəsinin müzakirəsi və qəbulunun vacib olduğuna diqqət çəkib.

Deputat Elmira Axundova bağlanan bankların işsiz qalan əməkdaşlarının məsələsinə toxunub.

“Onlar işə qəbul zamanı bir çox yoxlamalardan keçən bacarıqlı kadrlardır. “Dövlət qulluğu haqqında” qanuna düzəlişlər olmalıdır. Dövlət işə düzəlmək üçün onlara yardım etməlidir”, - deputat qeyd edib.

Deputat Zahid Oruc Dağlıq Qarabağ Muxtar Vilayətinin adının bərpa edilməsini təklif edib.

“Azərbaycan  1990-cı ildə ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayətinin adının bərpa etmək hüququna  sahibdir”, - deputat deyib.

O,  həmçinin, şadlıq evləri və restoranlara Azərbaycanın işğal altındakı torpaqların adının verilməsinə narazılığını ifadə edib.  

1news.az

Paylaş:
831

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər