Ərdoğan fevralın ortalarında Azərbaycana səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Ərdoğan fevralın ortalarında Azərbaycana səfər edəcək

15:56 - 02 / 02 / 2016
Ərdoğan fevralın ortalarında Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri bu ilin fevral ayının ortalarına planlaşdırılır.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidentinin protokol idarəsindən bildirilib.

İdarədən verilən məlumata görə, hazırda səfərin detalları dəqiqləşdirilir. Hələlik səfərin tarixi və müddəti məlum olmasa da, bu ayın ortalarında reallaşması nəzərdə tutulub.

Ərdoğanın səfəri zamanı Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək.

1news.az

Paylaş:
982

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər