Bosniya ve Herseqovinanin Rəyasət Heyətinin üzvü Mladen İvaniç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Bosniya ve Herseqovinanin Rəyasət Heyətinin üzvü Mladen İvaniç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib

16:50 - 02 / 02 / 2016
Bosniya ve Herseqovinanin Rəyasət Heyətinin üzvü Mladen İvaniç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib

Fevralın 1-də IV Qlobal Bakı Forumuna hazırlıq görüşü çərçivəsində  Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü  Mladen İvaniç  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl  Səragəldini və Mərkəz üzvlərini qəbul edib.

1news.az-ın məlumatına görə, qəbul zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Sarayevo Açıq Cəmiyyətlər və Dəyərlər İnstitutu arasında əməkdaşlıq, martın 10-11-i Bakıda keçiriləcək IV Qlobal Foruma hazırlıq məsələləri müzakirə olunub.

Bundan başqa, həmin gün Sarayevo şəhərinin meri və şəhərin dini lideri  də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib.

Qeyd edək ki, bu gün Sarayevoda IV Qlobal Bakı Forumuna hazırlıq məqsədi ilə Bosniya ve Herseqovinanın Rəyasət Heyətinin üzvü  Mladen İvaniçin dəstəyi ilə “Dinlərarası dialoq və ekstremizmə cavab” movzusunda xüsusi toplantı keçiriləcək.

1news.az

Paylaş:
622

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər