Azərbaycanın XİN rəhbəri: “Rusiya ilə Türkiyə arasında münasibətlərin gərginləşməsindən narahatıq” | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın XİN rəhbəri: “Rusiya ilə Türkiyə arasında münasibətlərin gərginləşməsindən narahatıq”

23:01 - 02 / 02 / 2016
Azərbaycanın XİN rəhbəri: “Rusiya ilə Türkiyə arasında münasibətlərin gərginləşməsindən narahatıq”

“Azərbaycan Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsindən narahatdır”.

1news.az-ın məlumatına görə, bunu Azətrbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yunanıstanlı həmkarı Nikos Kotziasla görüşündən sonra keçirdiyi mətbuat konfransı zamanı deyib.

“İnanırıq ki, bu məsələ tezliklə həllini tapacaq. Həm Türkiyə, həm də Rusiya ilə strateji əlaqələrimiz var, ən böyük ticarət tərəfdaşlarımızdır. Ölkələrimiz arasında münasibətlər yüksək səviyyədədir. Təbii ki, Azərbaycan səylər göstərir ki, bu böhrana çıxış yolu tapılsın və bu əməkdaşlıq yenidən öz mövqeyinə qayıtsın”- deyə, nazir qeyd edib.

1news.az

Paylaş:
1056

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər