Sevinc Fətəliyeva: “Avropa Şurası miqrant və qaçqın uşaqların taleyinə daha ciddi yanaşmalıdır” | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: “Avropa Şurası miqrant və qaçqın uşaqların taleyinə daha ciddi yanaşmalıdır”

10:17 - 03 / 02 / 2016
Sevinc Fətəliyeva: “Avropa Şurası miqrant və qaçqın uşaqların taleyinə daha ciddi yanaşmalıdır”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Uşaq məsələləri üzrə baş məruzəçisi Sevinc Fətəliyeva Avropa hökumətlərini Avropaya gələn miqrant və qaçqın uşaqların taleyinə daha ciddi yanaşmağa çağırıb.

1news.az–ın AŞPA-nın saytına istinadən verdiyi xəbərə görə, S. Fətəliyeva kriminal şəbəkələrin miqrant böhranından gəlir əldə etmək məqsədi güddüyünü bildirib.

“Bu uşaqların insan alverçilərinin əlinə düşməsi də çox asandır. Avropa Şurası bu uşaqların izinin tapılması məsələsinə daha ciddi yanaşmalıdır. Əmin olmaq lazımdır ki, Avropaya daxil olan kimi onların lazımı şəkildə qayğılarına qalırlar. Mütəşəkkil cinayətlərin yeni formalarının qarşısını almaq üçün yollar tapmalıdır”.

Qeyd edək ki, "Europol"un hesablamalarına görə, 2015-ci ildə Avropa ərazisinə gələn 270 min uşaqdan təxminən 10 mini rəsmi sığınacaq sistemlərindən yoxa çıxıb. Bəziləri belə düşünür ki, onlar artıq Avropada olan ailələrinə qoşulub. Lakin bir çoxları hesab edir ki, onlar cinsi və kommersiya məqsədi ilə insan alverçilərinin qurbanına çevriliblər.

Paylaş:
752

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər