İsveçrə Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafını dəstəkləməkdə maraqlıdır | 1news.az | Xəbərlər
Siyasət

İsveçrə Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafını dəstəkləməkdə maraqlıdır

13:01 - 04 / 02 / 2016
İsveçrə Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafını dəstəkləməkdə maraqlıdır

Bu gün Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev İsveçrənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Filip Ştalderi qəbul edib.

1news.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə nazir Ş.Mustafayev iki ölkə arasında siyasi, iqtisadi əlaqələrin inkişaf etdiyini qeyd edib. Nazir bildirib ki, Azərbaycanla İsveçrə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti əlaqələrin genişlənməsində önəmli rol oynayır.

Ş.Mustafayev iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi baxımından Komissiyanın bu ilin martında keçiriləcək VII iclasında İsveçrə şirkətlərinin iştirakının, iş adamları arasında biznes forumların, sərgilərin və digər tədbirlərin keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.

Nazir qeyd edib ki, hazırda Azərbaycanda İsveçrə kapitallı 65 şirkət fəaliyyət göstərir.

Görüşdə Ş.Mustafayev səfirə ölkə iqtisadiyyatının diversifikasiyası, qeyri-neft sektorunun inkişafı, xarici investisiyaların cəlb edilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini səfirin diqqətinə çatdıran nazir bəzi İsveçrə şirkətlərinin Azərbaycanın işğal edilən ərazilərində fəaliyyət göstərməsinin yolverilməz olduğunu, İsveçrə hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlərin görülməli olduğunu deyib.

Səfir F.Ştalder iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində səy göstərəcəyini bildirib. Səfir İsveçrənin Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafını dəstəkləməkdə, bir sıra İsveçrə şirkətlərinin isə Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

1news.az

 

Paylaş:
611

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər