İndoneziya parlamentində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar görüş keçirilib | 1news.az | Xəbərlər
Siyasət

İndoneziya parlamentində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar görüş keçirilib

17:38 - 04 / 02 / 2016
İndoneziya parlamentində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar görüş keçirilib

Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev bu ölkə parlamentinin Xalq Məşvərət Palatasının sədri Zulkifli Həsən ilə görüşüb.

Bu haqda 1news.az AZƏRTAC-a istinadla xəbər verir.

Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar təşkil olunan görüşdə İndoneziyanın Azərbaycana yeni təyin olunmuş səfiri Hüsnan bəy Fənani, Azərbaycan-İndoneziya parlamentlərarası dostluq qrupunun üzvü Linda Meqavatı və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Səfir T.Qarayev əvvəlcə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafından bəhs edib. Toplantının əsas məqsədinin Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar olduğunu vurğulayan diplomat Ermənistanın Azərbaycana qarşı təcavüzünün hələ də davam etdiyini diqqətə çatdırıb. Bildirib ki, terrorizmi dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə məhəl qoymadan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal altında saxlamaqda davam edir. İşğal altında olan ərazilərdə azərbaycanlılara aid bütün mədəni irs – məscidlər, tarixi abidələr, məzarlıqlar dağıdılır ki, bu da beynəlxalq təşkilatların və müşahidəçilərin hesabatlarında öz əksini tapıb. Səfir Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə, xüsusən qadın və uşaqlara qarşı törətdikləri vəhşiliklər barədə də ətraflı məlumat verib.

Xalq Məşvərət Palatasının sədri Zulkifli Həsən ermənilərin dinc əhaliyə, xüsusən uşaqlara qarşı törətdikləri vəhşilikləri ifadə etmək üçün söz tapa bilmədiyini qeyd edib və bu siyasətinə görə Ermənistanı kəskin tənqid edib.

İndoneziyanın Azərbaycana yeni təyin olunmuş səfiri Hüsnan bəy Fənani Qarabağın işğalı haqqında əlavə məlumatlarla çıxış edib.

Zulkifli Həsən cari ildə Azərbaycana səfər etmək istədiyini, həm Milli Məclisdə, həm də mətbuat konfransında Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyəcəyini bildirib. O, İndoneziyanın hər zaman Azərbaycanın yanında olacağını ən açıq formada bəyan edəcəyini vurğulayıb.

Səfir T.Qarayev qarşı tərəfə Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair video və kitablardan ibarət müxtəlif materiallar təqdim edib.

Görüş haqqında məlumat və azərbaycanlı diplomatın müsahibəsi yerli mətbuatda geniş işıqlandırılıb.

1news.az

Paylaş:
688

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər