Daha bir əsgərimiz şəhid oldu, düşmənin təxribat qrupunun 3 üzvü məhv edildi | 1news.az | Xəbərlər
Siyasət

Daha bir əsgərimiz şəhid oldu, düşmənin təxribat qrupunun 3 üzvü məhv edildi

10:29 - 04 / 02 / 2016
Daha bir əsgərimiz şəhid oldu, düşmənin təxribat qrupunun 3 üzvü məhv edildi

Düşmən dövlət sərhədində növbəti dəfə təxribat törədib.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, fevralın 3-də saat 17:50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Silahlı Qüvvələrimizin həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib.

1news.az

Paylaş:
1193

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər