Sofiyada IV Qlobal Bakı Forumuna hazırlıq məsələləri müzakirə olunub – FOTO
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Səragəldin fevralın 4-də Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov və Bolqarıstanın vitse-prezidenti Marqarita Popova ilə görüşüb.
1news.az-ın məlumatına görə, Sofiya şəhərində baş tutan görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, təşkil etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər müzakirə olunub. Mart ayının 10-11-i tarixində Bakıda keçiriləcək IV Qlobal Bakı Forumuna hazırlıq məsələləri və Forumun işini təşkil edəcək mövzulara dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Bolqarıstana səfəri çərçivəsində Sofiya Universitetində mühazirə ilə çıxış edib. Mühazirədə sabiq Prezident Petar Stoyanov, vitse-prezident Marqarita Popova, həmçinin, Sofiya Universitetinin müəllim və tələbə heyəti iştirak edib.
1news.az