Romada Hafiz Paşayevin italyan dilində “Bir səfirin manifesti” kitabının təqdimatı olub - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Romada Hafiz Paşayevin italyan dilində “Bir səfirin manifesti” kitabının təqdimatı olub - FOTO

11:13 - 05 / 02 / 2016
Romada Hafiz Paşayevin italyan dilində “Bir səfirin manifesti” kitabının təqdimatı olub - FOTO

Azərbaycanın xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru Hafiz Paşayev İtaliyada səfərdə olub.

1news.az AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, səfər çərçivəsində bir sıra görüşlər keçirən H.Paşayev müəllifi olduğu, “Sandro Teti” nəşriyyat evində italyan dilində çapdan çıxmış “Bir səfirin manifesti” kitabının təqdimatında iştirak edib.

Azərbaycanın bu ölkədəki səfirliyinin və İtaliyanın Beynəlxalq Təşkilatlar üzrə Cəmiyyətinin (SİOİ) birgə təşkilatçılığı ilə keçirilmiş “Azərbaycan diplomatiyasının tarixi və gələcəyi” mövzusundakı konfrans çərçivəsində baş tutan təqdimatda diplomatlar, ictimai xadimlər, siyasi, elmi dairələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri, Romada təhsil alan azərbaycanlı tələbələr və başqaları iştirak ediblər.

Konfransın moderatoru, “Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Teti Azərbaycan diplomatiyasının bütün xüsusiyyətlərini əks etdirən kitabın müəllifinə minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycan ilə bağlı nəşrlərin italiyalı oxuculara təqdim olunması bu ölkəni daha yaxından tanımaq imkanı yaradır.

Tədbirdə çıxış edən SİOİ-nin prezidenti, İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini italiyalı oxucuların Azərbaycan diplomatiyası haqqında məlumatlandırılması baxımından kitabın önəmini vurğulayıb. Ötən ay Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və rəhbərlik etdiyi qurumun birgə təşkilatçılığı ilə keçirilmiş tədbiri xatırladan F.Frattini bu cür təşəbbüslərin ölkələrimiz arasında mövcud yüksək səviyyəli əlaqələrin göstəricisi olduğunu vurğulayıb. O deyib: “Regionda mühüm aktor olan Azərbaycan təkcə enerji sahəsində deyil, stabilliyin qorunub saxlanılmasında da vacib rol oynayır. Eyni zamanda, bu ölkə multikultural dəyərlərin təbliğində də əhəmiyyətli təsirə malikdir”.

Nəşr haqqında fikirlərini bölüşən F.Frattini kitabın təkcə peşəkar diplomatlarda deyil, həm də geniş oxucu kütləsində ciddi maraq doğuracağına əminliyini bildirib.

H.Paşayev çıxış edərək “Bir səfirin manifesti”nin ərsəyə gəlməsinin tarixçəsindən söhbət açıb, nəşrdə real faktlarla yanaşı öz daxili hisslərini və düşüncələrini qələmə aldığını bildirib. Müstəqilliyinin bərpasından sonra Azərbaycanın ABŞ-da ilk səfiri olduğunu xatırladan H.Paşayev diqqətə çatdırıb ki, kitabda bu iki ölkə arasında münasibətlərin yaranması və inkişafına dair mülahizələr toplanıb.

O vurğulayıb ki, yaxşı diplomat ilk növbədə ölkəsinin güclü təbliğatçısı olmalıdır. Səfirlər öz memuarlarını qələmə almaqla gələcək diplomatlar üçün dəyərli vəsait hazırlamış olurlar. Cənubi Qafqaz regionundakı siyasi mənzərəni təhlil edən H.Paşayev Ermənistan-Azərbaycan münaqişəsini bölgədə birliyə və inkişafa mane olan əsas amil kimi dəyərləndirib.

NATO Müdafiə Kolleci Fondunun direktoru, kitabın ön sözünün müəllifi, analitik Alessandro Politi əsərin təkcə siyasi və tarixi nöqteyi-nəzərdən deyil, eyni zamanda, həyati məqamları əks etdirməsi baxımından da böyük maraq kəsb etdiyini bildirib. Vurğulayıb ki, nəşrdə diplomatların yararlana biləcəyi bir çox dəyərli məlumatlar yer alıb. Kitab diplomatiya sahəsində uğurlu karyera qurmaq istəyən gənc nəsil üçün önəmli vəsaitdir.

Konfransda, həmçinin Azərbaycan-İtaliya əlaqələrinin inkişafı, ölkəmizin multikultural mühitə malik bir məkan olması, Azərbaycan diplomatiyasının uğurları və digər məsələlər diqqət mərkəzində saxlanılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Səfər çərçivəsində H.Paşayev İtaliyanın xarici işlər nazirinin müavini Benedetto Della Vedova və İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü olan deputatlarla fərdi görüşlər keçirib.

Görüşlərdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar, təhsil sahələrində əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri, TAP layihəsi, Ermənistan-Azərbaycan münaqişəsi, elmi institutlar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Azərbaycan-İtaliya münasibətlərinin dərin tarixi köklərə əsaslanması, İtaliyanın ölkəmizin Avropada önəmli strateji tərəfdaşı olması xüsusi vurğulanıb. Qeyd olunub ki, ölkələrimiz arasında mövcud əlaqələrin daha da dərinləşdirilməsi üçün geniş potensial var.

Milanın Bokkoni, Romadakı La Sapienza universitetlərində olan H.Paşayev ali təhsil ocaqlarının fəaliyyəti ilə yaxından maraqlanıb. Universitetlərin rəhbər şəxsləri ilə keçirilmiş görüşlərdə ölkələrimizin təhsil müəssisələri, elmi dairələri arasında sürətlə inkişaf edən əlaqələrin məmnunluq doğurduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, “ADA” Universiteti İtaliyanın bir sıra təhsil ocaqları ilə fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində tələbələrin qarşılıqlı səfərlərinin təşkili, tələbə və təcrübə mübadiləsinin həyata keçirilməsi önəmli addımdır. La Sapienza Universitetində keçirilmiş görüşdə “İtaliyanın La Sapienza Universiteti ilə Azərbaycanın “ADA” Universiteti arasında mədəni və elmi əməkdaşlığa dair” Saziş imzalanıb. Sənədi H.Paşayev və La Sapienza Universitetinin prorektoru Antonello Biacini imzalayıblar.

Səfər çərçivəsində, həmçinin İtaliya Kosmik Agentliyində olan H.Paşayevə müəssisənin fəaliyyəti ilə bağlı geniş məlumat verilib.

İtaliya kütləvi informasiya vasitələri səfəri diqqət mərkəzində saxlayıblar.

1news.az

Paylaş:
809

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər