Səfir: İran-Azərbaycan əməkdaşlığının daha da genişləndirilməsi üçün böyük imkan yaranıb | 1news.az | Xəbərlər
Siyasət

Səfir: İran-Azərbaycan əməkdaşlığının daha da genişləndirilməsi üçün böyük imkan yaranıb

1news Redaksiyası15:56 - 06 / 02 / 2016
Səfir: İran-Azərbaycan əməkdaşlığının daha da genişləndirilməsi üçün böyük imkan yaranıb

İran ilə Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir. Bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün cari ildə də yüksək vəzifəli dövlət rəsmilərinin qarşılıqlı səfərləri gözlənilir.

Bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin yerli mətbuata açıqlamasında deyib.

Səfir bildirib ki, İrana qarşı tətbiq edilmiş iqtisadi sanksiyaların aradan qaldırılması Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkan yaradıb. Cari ildə Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci iclası Bakıda keçiriləcək və əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə ediləcək.

Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq deyib ki, ATƏT-in Minsk qrupu bitərəf olmadığı üçün 20 il ərzindəki vasitəçilik missiyasında heç bir nəticə əldə edə bilməyib.

Möhsün Pakayin bir daha vurğulayıb ki, rəsmi Tehran Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır.

AZƏRTAC

Paylaş:
961

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər