Kimsəsiz uşaqlar üçün yalan sığınacaq və ya yoxa çıxmış üçmərtəbəli villa – JURNALİST ARAŞDIRMASI | 1news.az | Xəbərlər
Köşə

Kimsəsiz uşaqlar üçün yalan sığınacaq və ya yoxa çıxmış üçmərtəbəli villa – JURNALİST ARAŞDIRMASI

15:39 - 08 / 02 / 2016
Kimsəsiz uşaqlar üçün yalan sığınacaq və ya yoxa çıxmış üçmərtəbəli villa – JURNALİST ARAŞDIRMASI

2015-ci ilin dekabrında ölkənin bir sıra informasiya resursları (onların arasında bizim də adımız vardı) çoxlarını sevindiricək məlumat yaymışdı: “Naməlum xeyriyyəçi kimsəsiz uşaqlar üçün sığınacaq olaraq üçmərtəbəli villa hədiyyə edib”.

Bu haqda məlumatı jurnalistlərə Fatimə Babayeva adlı qadın verib.

“Hazırda burada yüngül təmir işləri aparılır, buna görə də 10 gündən sonra sığınacağın qapılarını istifadə üçün açmağımıza ümid edirik”, - F.Babayeva müxbirimizə məlumat verərək bildirib ki, sığınacaq III mikrorayonda yerləşir.

Eynu zamanda F.Babayeva vətəndaşlara müraciət edərək qeyd edib ki, sığınacağın müəllimlərə ehtiyacı var. Həmin müəllimlər orada bir müddət pulsuz olaraq çalışacaqlar.

“Uşaqlar qayğı, istilik və yeməyə ehtiyacları olduğu kimi, həmçinin onlara təhsil də verilməlidir. Əminəm ki, bu işdə könüllülər tapılacaq”, - F.Babayeva vurğulayaraq onunla əlaqə saxlamaq üçün (055 883-70-63) nömrəsini də qeyd etmişdi.

Beləliklə, bir ay keçdikdən sonra biz, F.Babayeva ilə əlaqə saxlayaraq yeni sığınacaqdakı vəziyyət haqda, eyni zamanda oranı ziyarət etmək üçün maraqlandıq.

Və burada hadisələr başqa səmtə yol aldı...

“Hazırda rəhbərlik Bakıda deyil və o, məlumatın yayılmasını istəmir. Yəqin ki siz sığınacaq haqda məlumatın internetdə yayılması haqda bilrisiniz və bu, onun xoşuna gəlməyib”, - F.Babayeva tərəddüdlə bizə bildirərək sözlərinə əlavə etdi ki, sığınacaq həqiqətən də fəaliyyət göstərir və buradakı uşaqlar hər şeydən razı və xoşbəxtdirlər.

“Villanı” ziyatər edə bilərik sualına qəhrəmanımız müsbət cavablandırdı. Lakin onun verdiyi koordinatlarla əvvəlki ünvan uyğun gəlmədi.

“Sığınacaq Rəsulzadə qəsəbəsində yerləşir”, - deyə sözlərinə aydınlıq gətirdi ki, əvvəl verilmiş ünvan düzgün deyilmiş. Bununla belə, F.Babayevanı “üçmətrəbəli villanın” III mikrorayonda yerləşməsi xəbərini müxbirimizə məhz özünün verməsi faktı da narahat etmədi.

- Dəqiq olaraq sığınacaq harada yerləşir? – aydınlaşdırmağa çalışdıq.

- Biz evi kirayə götürmüşük. Bu, üçmərtəbəli evdir, burada uşaqlar yaşayır. Polis orqanları kimsəsiz uşaqları buraya gətirirlər. Biz icarəyə aylıq 1 200 manat ödəyirik, - F.Babayeva bildirdi.

Bizimlə görüşməkdən Babayeva imtina etdi. Lakin söz verdi ki, müavini Aydan xanım bizimlə əlaqə saxlayacaq.

“Siz gəlib, uşaqların necə yaşadıqlarını görə bilərsiniz. Mən oraya sizi apara bilrəm, amma mən pis vəziyyətdə qalmayım. Ümid edirəm siz bilirsiniz ki, söhbət nədən gedir”, - Babayeva müavininin əlaqə nömrəsini verəcəyi haqda söz verdi.

Münhauzen istirahət edir

Söhbətdən bir neçə dəqiqə keçəndən sonra “Azərbaycan Uşaq Birliyi” Kimsəsiz uşaqların reinteqrasiyası mərkəzinin direktoru Aidə Əliyeva bizimlə əlaqə saxlayaraq F.Babayevanın müəmmalı zəngi ilə bizi təəccübləndirdi.

“Bu qadını bir neçə dəfə görmüşəm. O, ziyatərçi kimi gəlmişdi. Uşaqlara hədiyyələr gətirmidi. Axır iki həftə ərzində siz yeddinci adamsınız ki, “sığınacağını” ziyarət edən şəxs kimi bizə yönləndirilir”, - A.Əliyeva bildirdi.

Onun sözlərinə görə, heç bir “üçmərtəbəli villa” haqda eşitməyib, Babayeva isə onların reinteqrasiya mərkəzinin üzvü deyil.

“Mən özüm bir neçə dəfə onunla əlaqə saxlamaq istədim. İstədim biləm ki, uşaqlar üçün nə sığınacağı açılır, bu sığınacaq hüquqi cəhətdən qanunidirmi kimi sualları aydınlaşdırım. Və verdiyim suallara bir dəfə də olsun anlaşıqlı cavab ala bilmədim”, - A.Əliyeva vurğulayıb.

Onun sözlərinə görə, bütün bunlar fırıldağa oxşayır. Lakin bunun səbəbi nədir aydın da deyil.

“Bilirəm ki, sakinlər Babayeva ilə əlaqə saxlayaraq “yeni sığınacağa” yardım ediblər, lakin bu yardım haraya və kimə edilib məlum deyil”, - A.Əliyeva bildirib.

Maraqlı haldır. Belə ki, bir neçə saytda hətta naməlum xeyriyyəçi tərəfindən verilmiş “villanın” fotoları yayılmışdı, bu da məlumatın doğruluğuna əminlik yaradırdı!

Biz bu saytlardan bir neçəsinin nümayəndəsi ilə əlaqə saxladıq. Məlum oldu ki, yayılmış fotolar Babayevanın elə şəxsi evinin şəkiləridir.

“Ah, məni aldatmaq çətin deyil. Mən aldanılmağa şadam”, - bu sözləri klassiklərdən biri yazıb. Düzü sevgi münasibətləri haqda yazıb. Lakin, bizim hamımızla bu hadisə baş verib. Belə ki, aldığımız xəbərdən sevinərək aldanılmışıq.

Bu nə idi? Adi yalan və ya gələcəyə hesablanmış dələduzluq? Hələ ki, bu sualın cavabını ala bilməmişik.

Əgər sizdə bu xəbərlə bağlı hər hansı bir məlumat olarsa o zaman  [email protected] ünvanına yazmağınızı və ya lazımi orqanlara xəbərdarlıq etməyinizi xahiş edirik.

Redaksiya məqalədə hallanmış bütün danışıqların audio yazısı var.

1news.az

Paylaş:
2292

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər