Hüseynqulu Bağırov: "Azərbaycanda dövlət siyasətinin əsas hədəfi ölkənin inkişafı və modernləşdirilməsidir" | 1news.az | Xəbərlər
Siyasət

Hüseynqulu Bağırov: "Azərbaycanda dövlət siyasətinin əsas hədəfi ölkənin inkişafı və modernləşdirilməsidir"

22:59 - 08 / 02 / 2016
Hüseynqulu Bağırov: "Azərbaycanda dövlət siyasətinin əsas hədəfi ölkənin inkişafı və modernləşdirilməsidir"

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov fevralın 8-də Daşkəsən şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

1news.az AZƏRTAC-a  xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.

Yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, iş adamları və sahibkarların iştirak etdiyi görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki, Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə görüşləri davam edir. Görüşlərin keçirilməsində məqsəd mövcud problemlərlə yerində tanış olmaq və onların həlli yollarını müzakirə etməkdir.

Daşkəsəndə görülən işlər və nəzərdə tutulan layihələr barədə danışan Ə.Abıyev məlumat verib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən Azərbaycanın bütün bölgələrində olduğu kimi, Daşkəsən rayonunda da geniş tikinti-quruculuq, abadlıq işləri aparılıb, ucqar dağ kəndlərinə yollar çəkilib, körpülər inşa olunub, su, elektrik təchizatı yaxşılaşdırılıb. Rayonun siması tamamilə dəyişib, əhalinin məşğulluğunun artırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində xeyli iş görülüb. Belə ki, 2015-ci il dekabrın 24-də Qabaqtəpə ərazisində 8247 nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolu və iki körpü sakinlərin istifadəsinə verilib. Hazırda Daşkəsən şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması üzrə işlər uğurla davam etdirilir. Həmin layihənin həyata keçirilməsi nəticəsində Daşkəsən şəhərinin sakinləri fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin olunacaqlar.

İcra hakimiyyətinin başçısı qeyd edib ki, rayonda təbii fəlakətdən zərər çəkmiş çoxmərtəbəli inzibati və yaşayış binalarının dam örtükləri yenilənib. Hazırda isə Alunitdağ qəsəbəsində elektrik yarımstansiyasının, Daşkəsən rayon kənd təsərrüfatı idarəsinin inzibati binasının tikintisi davam etdirilir.

Bildirilib ki, rayon təbii sərvətlərlə, xüsusən faydalı qazıntı yataqları ilə olduqca zəngindir. Keçmiş Sovet İttifaqı dövründə “Azərbaycanın Uralı” adlandırılan Daşkəsən ərazisində dəmir filizi, alunit, qızıl, kobalt, əhəng daşı, qranit, mərmər və digər yataqlar var. Eləcə də rayon zəngin fauna və floraya malikdir. Bu gün qeyri-neft sektorunun inkişafına yönəlmiş dövlət siyasətinə uyğun olaraq, rayonun təbii sərvətlərindən səmərəli istifadə edilməsi, iş adamlarının bu sahəyə cəlb olunması Daşkəsəndə turizmin və dağ-mədən sənayesinin inkişafında mühüm rol oynaya bilər.

Daha sonra ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çıxış edərək bildirib ki, müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən, əsas hədəfi ölkənin inkişafı və modernləşdirilməsi olan səmərəli dövlətçilik siyasəti nəticəsində ciddi uğurlar qazanılıb. Bu uğurların təməlində düşünülmüş siyasət, sabitlik, iqtisadi islahatlar dayanır.

Respublikada bugünkü iqtisadi vəziyyətə toxunan nazir qeyd edib ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin yaratdığı maliyyə çətinlikləri digər ölkələrdə olduğu kimi, Azərbaycandan da yan keçməyib. Bu təsirin minimuma endirilməsi üçün lazımi tədbirlər görülür. Qeyd olunub ki, qiymətlərin süni surətdə qaldırılmasının qarşısını almağa yönəlmiş addımlar, bu məsələyə dövlət nəzarətinin gücləndirilməsi, ölkədə genişmiqyaslı iqtisadi islahatlara başlanılması, pensiya və müavinətlərin, maaşların artırılması dövlətimizin başçısının əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsidir. Atılan addımlar sübut edir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin təməlində məhz Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır. İqtisadi çətinliklərə baxmayaraq, ölkəmizdə 2016-cı ildə də bütün sosial layihələr icra olunacaq, iqtisadi islahatlar davam etdiriləcək.

1990-cı illərdəki Azərbaycanla müasir Azərbaycanı müqayisə edən Hüseynqulu Bağırov deyib ki, bu gün ölkəmiz dünyada böyük nüfuz qazanıb. Aparılan düşünülmüş və məqsədyönlü daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyada sözü keçən, Cənubi Qafqaz iqtisadiyyatının formalaşmasında müstəsna əhəmiyyətə malik ölkəyə, regionun liderinə çevrilib.

Ekologiya və təbii sərvətlər naziri görüşdə yeni iş yerlərinin açılması məqsədilə Daşkəsən rayonunda yerli şəraitə uyğun ağac növlərinin yetişdirilməsi üçün tinglik təsərrüfatlarının yaradılması ilə bağlı nazirliyin aidiyyəti qurumlarına tapşırıq verib.

Görüşdə mövcud problemlərdən də söhbət açılıb. Qeyd edilib ki, rayonun sərhəd bölgəsində yerləşən kəndlərin sakinləri evlərin qızdırılmasında yanacaq kimi əsasən odundan istifadə edir. Bu da iqtisadi baxımdan səmərəsiz olmaqla yanaşı, meşələrin qırılmasına və ekoloji tarazlığın pozulmasına gətirib çıxarır. Odur ki, həmin kəndlərə qaz xətti çəkilərsə, bu sahədəki problem öz həllini tapar.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Rövşən Rzayev Azərbaycan Prezidentinin antiböhran tədbirləri ilə bağlı imzaladığı sərəncamların qeyri-neft sektorunun inkişafı üçün geniş imkanlar açdığını diqqətə çatdırıb. Bildirib ki, sahibkarlar onlar üçün yaradılmış əlverişli şəraitdən maksimum bəhrələnməyə çalışmalıdırlar.

İctimaiyyət nümayəndələri və iş adamları regionların inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, təklif və mülahizələrini səsləndiriblər.

Görüş qaldırılan məsələlər ətrafında müzakirələrlə davam edib.

1news.az

Paylaş:
861

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər