Prezidentin köməkçisi Fransa səfiri ilə əməkdaşlıq məsələlərini müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Prezidentin köməkçisi Fransa səfiri ilə əməkdaşlıq məsələlərini müzakirə edib

19:18 - 09 / 02 / 2016
Prezidentin köməkçisi Fransa səfiri ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov fevralın 9-da Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşezlə görüşüb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycanda mövcud iqtisadi vəziyyət, iqtisadi islahatlarla əlaqədar həyata keçirilən tədbirlər, Azərbaycan-Fransa iqtisadi əlaqələri, fransız investorların ölkəmizə daha geniş miqyasda cəlb edilməsi imkanları müzakirə olunub.

N.Əmirov Azərbaycan Prezidentinin müəyyən etdiyi iqtisadi islahat konsepsiyasının həyata keçirilməsi istiqamətində görülən tədbirlərin əhəmiyyətindən danışaraq bildirib ki, dövlətimizin başçısının 2016-cı il 3 fevral tarixli Fərmanı ilə Apellyasiya şuralarının yaradılması biznes və sahibkarlıq mühitində şəffaflığın, obyektivliyin təmin olunması, iş adamlarının, o cümlədən yerli və xarici investorların hüquqlarının qorunması, iqtisadiyyatın şaxələndirilməsi və daha böyük sərmayələrin cəlb edilməsi üçün zəruri şəraiti təmin edəcək.

Prezidentin köməkçisi, həmçinin Fransa ilə iqtisadi əlaqələrin əhəmiyyətini qeyd edib, genişmiqyaslı əməkdaşlığın ölkələrimiz üçün qarşılıqlı faydalı olacağını vurğulayıb.

Xanım O.Buşez Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və inkişafı üçün geniş potensialın olduğunu bildirib, görülən tədbirlər sayəsində bu istiqamətdə uğurlu nəticələrin əldə olunacağına əminliyini ifadə edib.

Həyata keçirilən iqtisadi islahatları dəstəklədiklərini, bu sahədə istənilən formada əməkdaşlığa hazır olduqlarını qeyd edən səfir fransız investorların Azərbaycanda biznes fəaliyyətinə daha geniş şəkildə cəlb edilməsində, Fransa-Azərbaycan Ticarət-Sənaye Palatasının ölkəmizdəki fəaliyyətinin genişləndirilməsi və daha da təkmilləşdirilməsində maraqlı olduqlarını bildirib.

1news.az

 

Paylaş:
825

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər