Elmar Məmmədyarov: “Erməni və azərbaycanlı icmaların nümayəndələrinin görüşünü dəstəkləyirik” | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov: “Erməni və azərbaycanlı icmaların nümayəndələrinin görüşünü dəstəkləyirik”

1news Redaksiyası13:50 - 10 / 02 / 2016
Elmar Məmmədyarov: “Erməni və azərbaycanlı icmaların nümayəndələrinin görüşünü dəstəkləyirik”

“İsveçlə Azərbaycan arasındakı siyasi münasibətlər yaxşı səviyyədədir”.

1news.az-ın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov isveçli həmkarı Marqot Vallströmlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Azərbaycanın İsveçdə səfiri var, İsveçin də Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Lakin İsveç Azərbaycana müvəqqəti işlər vəkili göndərib. Ümid edirik ki, bu görüşdən sonra İsveç Azərbaycana səfir göndərəcək”, - deyə o vurğulayıb.

İsveçli həmkarına Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini çatdırdığını deyən nazir görüşdə humanitar məsələlərin də müzakirə olunduğunu bildirib:

“Xanım nazirin qadın və ailə məsələlərinə böyük marağı var. Görüşlərdə erməni və azərbaycanlı icmalarının nümayəndələrinin görüşü məsələsindən də danışdıq. Belə bir element çox maraqlıdır. Azərbaycan tərəfi bunu dəstəkləyir. İcmalar nə qədər çox görüşsələr, yaxşıdır. Bu təklifi Azərbaycan tərəfi tam dəstəkləyir”.

E.Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşün keçirilib-keçirilməyəcəyi ilə bağlı sualı da cavablandıraraq, yaxın zamanlarda sözügedən qurumun həmsədrləri ilə hər hansı görüşün keçirilməsinin nəzərdə tutulmadığını da diqqətə çatdırıb.

1news.az

Paylaş:
741

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər