Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir - FOTO

19:05 - 10 / 02 / 2016
Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir - FOTO

Azərbaycan müstəqillik illərində başlanan sürətli və davamlı inkişaf yolunu 2015-ci ildə də böyük uğurla davam etdirmiş, dövlətçilik ənənələrini daha da zənginləşdirmiş, bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə yanaşı, həm də çətin sınaqlara sinə gərmişdir.

Bu sınaqlardan qalibiyyətlə çıxan ölkəmizin tarixində ötən il ən coşqun və dinamik illərdən biri kimi qalmışdır. İstər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində baş verən ciddi proseslərin yaşandığı bu zaman kəsiyində görülən işlərə, xüsusilə respublika vətəndaşlarının öz müraciətlərində qaldırdıqları problemlərin həllinə, onların həyat şəraitinin yaxşılaşdırılmasına, hüquq və azadlıqlarının təmin edilməsinə, sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş tədbirlər barədə daha ətraflı məlumat vermək üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun təhlil materialını oxucuların diqqətinə çatdırırıq.

Böyük qələbələr və çətin sınaqlar ili

Sözün həqiqi mənasında sarsıntılar keçirən, iqtisadi, siyasi problemlərin qloballaşdığı, münaqişə ocaqlarının getdikcə daha böyük miqyas aldığı indiki dünyada Azərbaycan Respublikası əvvəlki illərdə olduğu kimi, öz müstəqil siyasətini davam etdirmişdir. Ulu öndər Heydər Əliyevin davamçısı, dünya siyasətçiləri arasında öz qətiyyəti və uzaqgörənliyi ilə seçilən Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz daha da inkişaf etmiş, Avropanın, eləcə də regionun enerji təchizatının və nəqliyyat infrastrukturunun daha da yaxşılaşmasına təkan verən böyük layihələrin təməlini qoymuş, onların davam etdirilməsi üçün ciddi addımlar atmış, dünyanın və Avropanın idman tarixinə tam yeni bir səhifə yazmış, özünün iqtisadi qüdrətini, potensialını bir daha təsdiq etmişdir.

Ötən il ölkəmiz üçün yaddaqalan, hər birimizin həyatında mühüm rol oynayan hadisələr, əldə olunan nailiyyətlər, bunları əks etdirən faktlar haqqında bəhs etsək, öncə onu qeyd etməliyik ki, 2015-ci ilin ən böyük hadisələrindən biri tarixdə ilk dəfə keçirilən birinci Avropa Oyunlarıdır. Bu Oyunlara ev sahibliyi etməyimiz, Oyunlarla bağlı bütün hazırlıq işlərinin, onların təşkilinin və keçirilməsinin, böyük təntənə ilə başa çatmasının yüksək səviyyədə təmin olunması, ilk növbədə, ölkə Prezidenti İlham Əliyevin və Oyunların Təşkilat Komitəsinin sədri, respublikanın birinci xanımı Mehriban Əliyevanın böyük əməyinin nəticəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına ənənəvi təbrikində bu Oyunlar haqqında demişdir: “Bu il tarixdə ilk dəfə olaraq Avropa Oyunları keçirilmişdir. Azərbaycan burada da öz gücünü göstərdi. Altı mindən çox idmançı, minlərlə qonaq ölkəmizə gəlmişdir və ölkəmizin reallıqları ilə özləri tanış ola bilmişdir. Avropa Oyunları Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilmişdir. Avropa Oyunları Azərbaycan dövlətinin təntənəsidir. Eyni zamanda, Azərbaycan idmanının təntənəsidir. Çünki bizim idmançılarımız, milli komandamız 56 medal qazanaraq, - onlardan 21-i qızıl medaldır, - komanda hesabında 2-ci yerə layiq görülmüşdür. Bu, doğrudan da, ölkəmizin böyük zəfəridir və hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, biz bu uğura imza ata bilmişik”.

Doğrudan da ölkəmizin böyük zəfəri olan bu Oyunların son dərəcə yüksək səviyyədə təşkili dünyada geniş əks-səda yaratmışdır. Bu il yanvarın 21-də Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin İsveçrənin Lozanna şəhərində keçirilən iclasında “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Ordenin təqdim edilməsi Azərbaycanın çox böyük uğurudur. Həmin tədbirdə Mehriban xanım Əliyevanın geniş və dərin məzmunlu çıxışı böyük maraq doğurmuşdur. Xüsusilə onun “Mən əminəm ki, bu Oyunlar tarixdə təkcə ilk Avropa Oyunları kimi deyil, həm də dostluq, həmrəylik və qarşılıqlı anlaşma üzrə beynəlxalq forum kimi qalacaqdır” sözləri alqışlarla qarşılanmışdır. Təqdimetmə mərasimində Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki Azərbaycan Prezidenti İlham Əliyevin xidmətlərini çox yüksək qiymətləndirmiş və demişdir: “O, uzaqgörən və möhtəşəm insandır və o, olmasaydı, bütün bunlar olmazdı”.

Keçən il Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti demokratik dəyərlərə sadiqliyini Milli Məclisə keçirilən seçkilər zamanı bir daha təsdiq etmiş, 767 nəfər namizədin iştirak etdiyi seçkilər yerli və beynəlxalq müşahidəçilərin nəzarəti və müşahidəsi altında olduqca şəffaf və obyektiv keçirilmiş, ölkə Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi və respublikada əsas siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının böyük qələbəsi ilə başa çatmışdır.

Ölkə Prezidenti seçkilərin nəticələrini xalq tərəfindən respublikada aparılan siyasətə verilən yüksək qiymət kimi dəyərləndirərək demişdir: “... parlament seçkilərinin nəticələri aparılan siyasətə xalq tərəfindən verilən böyük dəstəkdir. Mən bu dəstəyə görə Azərbaycan vətəndaşlarına minnətdaram və bəyan etmək istəyirəm ki, bundan sonra da biz ölkəmizi inamla irəliyə aparacağıq. Bütün çətinliklərə, beynəlxalq iqtisadi böhranlara, siyasi, hərbi böhranlara baxmayaraq, Azərbaycan inamla irəliyə gedəcək”.

2015-ci ildə Azərbaycan öz müstəqil siyasətini davam etdirərək bir çox uğurlara imza atmışdır. Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıran amillərdən biri də onun sabit iqtisadi inkişafı ilə yanaşı, beynəlxalq problemlərin həllində öz sözünü cəsarət

Paylaş:
2110

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər